ANA SƏHİFƏ / YAZARLAR

TACİR ŞAHMALIOĞLU ŞAQQALANMALIDI

15577    |   2011-04-07 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özü də 4 yerə. Bir hissəsi Yevlaxdan Qarabağa girəcəkdə asılmalıdı, bir hissəsi İmişlidən Qarabağ torpağına girəndə asılmalıdı, bir hissəsi isə Qarabağa Gəncədən girəndə, o Goran çayının üstündə ceyran heykəli var ey, bax onun yanında. Bir hissəsi də Bakıda asılmalıdı. Gəlib-keçənlər hamısı bunu görməlidi, bu Vətən xainini tanımalıdı, ayrı yolu yoxdu. Çünki o, Vətən qarşısında elə bir qələt eləyib ki, bağışlanması mümkün deyil.
   
   Axır ki, millət Qarabağın düşmən tərəfindən işğal olunmasında əsl xaini tapdı və üzə çıxartdı. Millət indən belə rahat nəfəs ala bilər, qırışığı açıla bilər. Tacirin şaqqalanması millətin Qarabağ yarasına bir məlhəm ola bilər.
   
   Sən durub gedəsən Moskvaya, bir restoranda ermənilər də ola, ermənilər də mahnı oxuya, sən onları orda güllələməyəsən? Belə də qarabağlılıq olar? Belə də türk olar? O boyda Moskvada bir avtomat tapa bilmirdin, cəhənnəm, ya tapança? Elə ordakı Ağdam uşaqlarına desən tapıb verərdilər.
   
   Erməni sənin nə qədər qohum-əqrəbanı öldürüb, evini yandırıb, Azərbaycanla bir adı-sanı olan atan Şahmalı kişinin yurd-yuvasını dağıdıb, qəbirlərini dağıdıb.
   
   Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyir ki, Tacir Azərbaycan xalqından üzr istəməlidi. Akif müəllim, üzr istəmək nədi, bununla iş bitərmi? Bu boyda xəyanət elə, sonra da üzr istə? Mən bununla qətiyyən razılaşa bilmərəm. Şaqqalanmalıdı, vəssalam. Millətə görk olmalıdı ki, Vətən xainlərinin cəzası nədi? Qarabağ bülbüllərinin rəhbəri Murad Rzayev də bərk hirslənib. Hirslənməsin neyləsin? Taciri o yetişdirib axı. Tacirin Azərbaycan musiqisinin az qala himninə çevrilmiş "Bayatı-Şiraz"ı Murad müəllimin əməyinin məhsuludu axı. Murad müəllim neyləsin, yetişdirdiyi tələbə Vətənə xəyanət edib? Mən Murad müəllimin yerində olsaydım gedib Tacirin başını kəsərdim. Millətin də ürəyi rahat olardı. Tək hirslənməklə iş keçmir.
   
   İndi Tacir "Quran"a, çörəyə and içir ki (bədbəxt elə bilir millət "Quran"a, çörəyə inanır ey), restoranda onunla öpüşən, bir yerdə oxuyan kürddü, adı da Viledi. Özü də deyir ki, kim istəyir özündən soruşa bilər. Nə Viley ey? Viley kimdi? Söhbət Vileydən getmir ha, söhbət restoranlardakı ermənilərdən gedir. Niyə güllələməmisən onları, niyə öldürməmisən onları?! Söhbət bundan gedir.
   
   Təcili bütün satış yerlərindən Tacirin diskləri, kasetləri yığılmalıdı, Fəvvarələr meydanında yandırılmalıdı, Tacir televiziya ekranlarına buraxılmamalıdı, toylara çağırılmamalıdı, millət məhkəmə qurmalıdı və bu məhkəmənin hökmü ilə də Tacir şaqqalanmalıdı. Ayrı yolu yoxdu ey bunun. Ayrı yol bilən varsa desin. Şaqqalanma prosesi də televiziya kanallarında canlı yayımlanmalıdı.
   
   Özü də hadisə 3 ay bundan qabaq olub. 3 ay gecikmişik. Bu gecikmənin özü millətin mənəviyyatına böyük zərbə vurub.
   
   Tacirə də burdan bir mesaj göndərirəm: qabağıma çıxma! Xəbəri eşidəndən havalanmışam. Evdən bir mətbəx bıçağı götürüb üstümdə gəzdirirəm. Harda qabağıma çıxsan, Murad müəllimin görməli olduğu işi özüm görməli olacağam.
   
   Bax, vaxtında Elçin Əlibəylini güllələsəydilər, heç Tacir də bu qələti edə bilməzdi.
   
   "Net xuda, bez dobra". Topxanada ermənilər Armud ağacını kəsəndə millət qeyzindən necə toparlanmışdısa, indi Tacirin bu hərəkətindən də millət toparlanıb. Bax, bu məni çox sevindirir.
   
   Ağlınıza dua yazım. Daha başqa söz tapa bilmədim.
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK