hacklink Adalet.az | Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” Adalet.az | Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!”

4891    |   2019-10-18 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gün oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür, hamımızn bayramıdır! Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var . Müstəqilliyi qazanmaq elə də asan olmadı”.

Bu sözləriAzərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov deyib. O bildirib ki,müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi.

"Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi”.

F.Heydərov deyib ki, Bu gün bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır.

"Möhtərəm prezidentimiz İlham Əliyevin böyük əməyi sayəsində hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyev siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdırlar. Bütün bunlar müstəqillik və qurtuluş məfkurəsinin uğurlarıdır.
Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmalar var və s. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.

Mən rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından xalqımızı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizinin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyət arzulayıram!

Arzu edirəm ki, tezliklə Qarabağda da belə bayramları qeyd edək!”(modern.az)




İmza:

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

"Gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanda şəkillər çəkdirib yazıblar ki..." - Qalmaqal

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK