Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ŞUŞANIN HİMNİ Adalet.az | ŞUŞANIN HİMNİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞUŞANIN HİMNİ

27436    |   2013-05-11 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənilər Şuşanın himnini də səsləndirdilər... Bu həyasızlığı da etdilər... Musiqimizdən, ədəbiyyatımızdan, məişətimizdən, incəsənətimizdən, milli oyunlarımızdan tutmuş, torpaqlarımıza qədər bizdən oğurladıqları, bizə aid olan hər şeyə yiyələnmək fikri qanına, iliyinə işləmiş bu azğınlar bunu da etdilər...

1984 - cü ildə orta məktəbin buraxılış imtahanlarından əvvəl bütün sinif uşaqları və müəllimlərimiz Şuşaya - İsa bulağına istirahətə getmişdik. Doğulduğum yerlə Şuşa arasında məsafə çox olmasa da, oraya səfərim birinci dəfə idi.

Şuşanın dolamalarından qalxıb, şəhərə girəndən sanki bir sehrli aləmə düşmüşdüm. Qədim abidələri insanı düşüncələrin qoynunda keçmişə götürürdü. Ciyər dolusu udmaq istədiyim havası insana özünün də anlamadığı bir rahatlıq gətirirdi. Xüsusi fərqli havası, əsrarəngiz təbiəti, suyunun dadı, otların, yarpaqların ətri (hələ çiçəkləri demirəm!), meşədə giləmeyvələrin təbiiliyi və bolluğu, bir sözlə Vətənini sevən bir gənc üçün bütün bunlar bir möcüzə, bir sehr, bir fəxr, sevinc idi. İndiyə qədər tərifini eşitdiyim bu sehrli aləmə girmədiyim üçün özümü qınadım da. Və buraya tez- tez gələcəyimə özümə söz verdim.

Sonra ali məktəb həvəsi, mürəkkəb şəhər həyatı, ailə və 1988 - ci ildən başlayan erməni xislətinin açıq şəkildə üzə çıxması...

Sözümə əməl edə bilmədim. Amma hey yuxuma girdi Şuşa... Hey gənclik illərimə, orta məktəb həyatıma, sevimli müəllimlərimlə rəsmiyyətdən uzaq keçirdiyim o xoş ana qayıtdım. Və bütün bunların özülündə həmişə Şuşa vardı...

Nazlı qıza bənzədirlər, nazənin gözəl deyirlər, konservatoriya adlandırırlar, alınmaz qalaya bənzədirlər Şuşanı. Amma mənim xatirimdə qalan Şuşa qədimliyi ilə, havası, suyu, təbiətiylə bir sirr idi. Hər daşının altından bir əfsanə çıxacaqmış kimi ehtiyatla yanaşılmalı bir qədim abidə idi. Bu sehrli aləmi ilə, bu qədimliyi ilə çox doğma idi mənə Şuşa. Sanki çox sevdiyin bir insana olan yaxınlıqdı bu! Və bu insanı sənin əlindən zorla alıblar. Ona edilən işgəncələri, təcavüzü görə - görə əli-qolu bağlı baxa-baxa qalmısan... Bu insanın sənin köməyinə ehtiyacı olduğunu bilə - bilə, kənardan ah - uf etməklə seyrçi vəziyyətdəsən. Çox şey edə biləcəyin halda heç nə edə bilmirsən. Sənin nemət saydığın buz bulaqların başında murdar erməni donuz kababı yeyir. Sənin çəmənində dərdiyin gülləri erməni haxçikləri tapdalayır. Sənin meşəsində sığalladığın ağacın yarpaqlarını qoyun otaran erməni dığası əlindəki çomaqla öz malıymış kimi döyəcləyir. Üstündə addımlayarkən öz keçmişimizə gedib - gəldiyimiz Qırxpilləkən onlarçün mənasız oylağa çevrilib. Vaxtilə Cıdır düzündə at oynadan igidlərimizin ağlar ruhlarının gözü önündə erməni dığaları gəzişir. Və malik olduqları bu göydəndüşmə nemətdən ilhamlanan azğınlar hərtərəfli mənimsədikləri bu yurda himn də qoşublar...

Şuşa himni! Bizim qoruya bilmədiyimiz Şuşanın himni. Biz yaza bilmədiyimiz, qoşa bilmədiyimiz himni!

İlk dəfə eşidəndə əzizi ölmüş kimi hönkür- hönkür ağlamaqdan başqa çarəm qalmadı. Düşmənin bu həyasızlığına nifrətdən, özümün köməksizliyimdən, çarəsizliyimdən ürəyim partlamaq istədi. Biz Bakıda "Şuşa", "Xan bağı", "Cıdır düzü", "Xan qızı", "İsa bulağı" və sair kimi restoranlar açarkən, düşmən Şuşanı özününküləşdirib, həyasızcasına ona himn də qoşur. Ona görə də zaman - zaman başqalarına peşkəş etdiyimiz torpaqlarımıza ayrı-ayrılıqda himn yazsalar, təəccüblənməyək gərək! Çünki Təbriz, Zəngəzur, Dağıstan, Göyçə himnimiz çoxdan çalınıb. Növbədə ürəyimizi parçalayacaq daha hansı himnlər durur?..

Erməninin türklə üz - üzə, baş - başa gəlməsinin gülünc olduğu hər zaman ortada olub. Amma həmişə hiyləgərliklə, qoltuqaltı olmaqla, yaltaqlıqla, qul, kölə xislətiylə öz istəklərinə çatan erməniləri durdurmağın bircə yolu qalır - hər birimizin içində çalınacaq qeyrət himninin səslənməsi!

Mən Mübariz İbrahimovu, bu himni dinləyərkən daha yaxşı anladım! Bu həyasızlıqlara dözmədi qardaşımız. Qeyrəti, vicdanı yol vermədi bu azğınlığın baş alıb getməsinə. O himni dinlərkən mənə əziz olan, üstündə əsdiyim, məni bu həyata bağlayan hər şeyin üstündən qələm çəkib, bütün nifrətimlə düşmən üstünə getməyə hazır idim! Səbr kasamız daşıb, bıçaq sümüyə dirənib. Çox yox, bir neçə oğlumuz Mübariz qeyrətdə, Mübariz ruhda, Mübariz qətiyyətdə olsa, erməni bu himni çala bilməz! Onların nəinki himnini, hətta səslərini də ömürlük susdurmağa qadir oğullarımız ola - ola, nəyi gözləyirik ki? Dünya birlikləri ilə hesablaşmaq, "ağsaqqalların" məsləhəti, məşvərətini dinləməyin, əməl etməyin illərdir bizi axmaq yerinə qoymaqdan başqa bir şey olmadığı açıq - aşkar ortadadır.

Şuşada bircə himn səslənməlidir - Azərbaycan bayrağı altında!

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK