hacklink Adalet.az | Rüstəmxanlı “Azərbaycan”dan danışdı: Vəzirov dedi ki... Adalet.az | Rüstəmxanlı “Azərbaycan”dan danışdı: Vəzirov dedi ki... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Rüstəmxanlı “Azərbaycan”dan danışdı: Vəzirov dedi ki...

3234    |   2019-10-16 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "Park İn Otel”də "Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

Tədbiri giriş sözü ilə xalq şairi, 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən "Azərbaycan” qəzetinin ilk baş redaktoru Sabir Rüstəmxanlı açıb.

Sabir Rüstəmxanlı tədbirdə iştirak edən qonaqları təqdim edib və bildirib ki, mərasimdə Türkiyədən gələn qonaqlar da var:

"Gələn il Azərbaycan mətbuatının 145 yaşı tamam olur. Bu 145 ildə mətbuatımız böyük inkişaf yolu keçib. Bu mətbuatın əsas mərhələsi "Əkinçi” qəzetidir. İkinci mərhələ "Molla Nəsrəddin” jurnalıdır. Onunla yanaşı, "Füyuzat” mərhələsi də var. Üçüncü mərhələ 1918-ci ildə Üzeyir Hacıbəylinin redaktəsi ilə çıxan "Azərbaycan” qəzetidir.

İndi yubileyinə yığışdığımız "Azərbaycan” qəzeti 1989-cu ildə işıq üzü görüb. Bunun maraqlı tarixçəsi var. O vaxt Ağdamda mənim bir pyesim oynanılmalı idi. O pyesim cəmi bir dəfə göstərildi. Sonradan yazdım ki, mənim pyesim də şəhid oldu.

Biz Aydın Məmmədovla Şuşaya getmişdik, oradan Ağdam Teatrına gəldik. Bir gün Ağdam rayon Həmkarlar İttifaqının sədri mərhum Zeynal Məmmədov dedi ki, bu boyda Qarabağda azərbaycanca bir qəzet yoxdur. Bu, bizim beynimizə düşdü və Bakıya qayıdandan sonra görkəmli ziyalılarımız İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi adamlarla bu məsələləri müzakirə etdik və Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq. Mən dedim ki, müstəqil bir qəzet buraxacağam. Beləcə, bu Komitənin içində "Azərbaycan” qəzetini yaradıb, ilk sayını buraxdım”.

Sabir Rüstəmxanlı qəzetlə bağlı bir olayı da xatırladıb:

"Komitənin rəhbəri Bayram Bayramov əsəbi halda mənə dedi ki, bu nə qəzetdir buraxmısan, get, Əbdürrəhman Vəzirov (Azərbaycan KP MK-nın birinci katibi – red.) səni gözləyir! Vəzirovun qəbuluna getdim, dedi, mənimlə düşmənçiliyinə var? Sən bilirsən bu qəzet Qorbaçovun stolunun üstündədir, sərt yazılar yazmısan. Dedim, sevinin ki, sizin bir qəzetinizi Qorbaçov oxuyur. Vəzirovla otaqda olan rus rəsmisi mənə dedi ki, sən başını kötüyün üstünə qoymusan. Dedim, mənim başım çoxdan kötüyün üstündədir”.

S.Rüstəmxanlı vurğulayıb ki, qəzet qısa müddətdə populyarlaşıb və 90-cı ildə yarım milyon tiraja qalxıb.(kult.az)




İmza:

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

"Gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanda şəkillər çəkdirib yazıblar ki..." - Qalmaqal

Ziyalılardan ETİRAZ: “Metrostansiya adı dəyişməkdənsə, rus soyadlarından imtina etsinlər”

Prezidentin açılışını etdiyi stansiya nə vaxtdan fəaliyyətə başlayır?

Qarakənd səmasında qırılan ömür

Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu

Hafiz Əhmədov: Bütün əziyyətlərimi "alimlər" öz adlarına çıxırlar...

Elşən Musayev: "Mühacir sənədinin topdan qiyməti neçəyədir?" - VİDEO

Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib

Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

Dünya bazarlarında təbii qaz bahalaşıb

SON XƏBƏRLƏR
2019-11-20
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK