hacklink Adalet.az | İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı Adalet.az | İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı

14409    |   2019-10-16 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.




İmza:

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜATLAR

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda avtomobil oğrusu saxlanılıb

Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirilib

Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutulub

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO

BŞBPİ: Azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO