ANA SƏHİFƏ / İDMAN

Tahir Süleymanov: "Azərbaycanla oyun "ədalət"in bərpa olunması anı idi"

34147    |   2019-10-14 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabiq FİFA referisi Tahir Süleymanov "Avro-2020"nin Macarıstan - Azərbaycan matçında (1:0) millimizin qolunun qeydə alınmamasına münasibət bildirib.

O, bununla bağlı Feysbuk səhifəsində yazıb:

"Milli necə çıxış etdi, hər kəs gördü. Ümumi oyunun təhlili başqa mövzudur. Sonda gələn qolla bir xal qazanılmalıydı. Bəhlul Mustafazadənin vurduğu qol çox müzakirə edilir. Qol "səhv" adıyla qeydə alınmadı. Öncədən gözlənilirdi. Macarıstanın Slovakiya ilə ev oyununda böyük qalmaqallar yaşanmışdı. Hakim idarəçiliyi ədalətsizliyinə görə. Macarlar açıq-aşkar sıxılmış, uduzdurulmuşdu. Oyun gedə-gedə, matçdan sonra etirazlar aşıb-daşırdı.

Buna görə UEFA mədəni Avropada Macarıstan millisini, federasiya, stadionu cərimələmiş, tribunalar fanatların üzünə qapanmışdı.

Belə qarşılaşmalardan sonra "kompensasiya" mütləq olur. Xorvatlarla matç münasib deyildi və səfərdə idi.

Macarların evdə Azərbaycanla görüşü əsl "ədalət"in bərpa olunması anı idi. Belə də oldu.

Hakim idarəçiliyi baxımından çətin oyun deyildi. Belə görüşləri bir epizod həll edir. Epizod isə çox asan sezilirdi. Bəhlul Mustafazadəni, əlini-qolunu görmək üçün hakimlərə heç nə mane olmurdu.


Baş hakimin arxa yandan görməməsini nisbətən qəbul etmək olarsa, köməkçinin epizodu dəqiq sezməməsi mümkünsüzdür.

Köməkçi hakimin görmə bucağı ideal idi. Qapı meydanında Bəhlul, top, bədən, əl-qol açıq görünürdü. Epizodda nə qarışıqlıq var idi, nə də hakim(lər)ə mane olacaq başqa faktor. Ən incə məqam da, Bəhlulun kürəyi heç köməkçiyə tərəf deyildi.


Hakim futbolçunu, topu, açıq bədən hərəkətini, topun trayektoriyasını ideal bucaqdan görürdü. Belə qolların sayılmaması səhv deyil, əvvəlki oyunlarda haqsızlığa uğramış komandanın "ödənişi", "kompensasiya"sıdır".




İmza:
SON XƏBƏRLƏR
2020-07-10
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK