ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq

13766    |   2019-10-09 12:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov "Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib.

 Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçi şəhərində "Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişdirilməsinə gətirib çıxarıb.

Ə.Əhmədovun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi son illərin ən yüksək pilləsinə yüksəlib: "Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inam qat-qat artıb. Əslində Prezidentin "Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Yüz minlərlə vətəndaşın bu çağırışa səs verərək onun ətrafında toplanması aydın şəkildə müşahidə olunur. Çox keçmədən bu sırada olanların sayının milyonlara çatacağına şübhə etmirəm. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, topraqlarımızın işğaldan azad edilməsi ölkənin vətəndaşlarını birləşdirən başlıca dəyərlərdən biridir. Milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə onun əsasında formalaşıb. Prezident İlham Əliyev Valday beynəlxalq toplantısında "Qarabağ Azərbaycandır!” çağırışını səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. İndi biz onu tam qətiyyətlə milli ideya kimi səciyyələndirə bilərik. Yəqin ki bu ən doğru addım və dəyərləndirmə olar. Xüsusi vurğulanmağa ehtiyacı olan məqam "Qarabağ Azərbaycandır!” mesajı, əgər belə demək mümkündürsə, beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmışdır. Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirmir, dəyişdirə bilməz və dəyişdirməyəcək – Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc eyni zamanda beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir. Mətbuatdan göründüyü kimi, Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara lazımi səviyyədə çatıb. Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar”.

Ə.Əhmədov qeyd edib ki, "Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bilib: "Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, "Qarabağ Azərbaycandır!” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir selə bənzəyəcək, bütün Azərbaycan xalqını əhatə edəcək. Hər yerdə, kəndlərdə, şəhərlərdə, təşkilatlarda böyüklü-kiçikli hamı "Qarabağ Azərbaycandır!” deyəcək. Xalq öz birliyini, həmrəyliyini yenə də daha əzmlə, daha qətiyyətlə göstərəcək, daha uca səslə bəyan edəcək. Və bu birliyi pozmağa çalışanlara layiqli cavab verəcək. Təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı belə bir mənzərəni görmək və duymaq həm təəssüfləndirici, həm də utandırıcıdır.

Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil. Mən hər bir azərbaycanlını "Qarabağ Azərbaycandır!” hərəkatının fəal iştirakçısı olmağa səsləyirəm. Gəlin bir cəsarətli çağırışı ilə dünyaya səs salan, milli ruhu yüksəldən, milli birliyimizi və vətəndaş həmrəyliyini daha da gücləndirən Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Qüdrətli, möhtəşəm "Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq, xalqımızın iradəsini, əzmini və qətiyyətini düşmənə nümayiş etdirək. Beynəlxalq birlik, ilk növbədə BMT, ATƏT-in Minsk qrupu, onun həmsədri olan vasitəçilər danışıqlar prosesində böyük müdriklik, təmkin, eyni zamanda qəti və sarsılmaz mövqe nümayiş etdirən Prezident İlham Əliyevin arxasında möhtəşəm xalq iradəsinin və hərəkatının dayandığına əmin olsun. Dövlətə, millətə sədaqətin, Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyin ən mühüm ifadəsini mən bunda görürəm”.




İmza:

Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI

Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

İqbal Ağazadə Prezidentə müraciət etdi

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar

İsgəndər Həmidov: ““Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI

“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönə

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK