hacklink Adalet.az | Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib Adalet.az | Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib

24259    |   2019-10-05 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Yaxınlarının Trend-ə dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.

Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.

78 yaşlı Xalq artisti 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azərbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib. Ötən il teleaparıcı mikroinfarkt keçirib.




İmza:

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Azərbaycanlı rejissorun filmi Amerikada səhnəsində - Video

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə - FOTO

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Çarlinin mələkləri” “CinemaPlus”a gəldi - VİDEO

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - VİDEO

SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK