hacklink Adalet.az | “Seyid” ləqəbli narkotacir Hacıqabulda saxlanılıb Adalet.az | “Seyid” ləqəbli narkotacir Hacıqabulda saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

“Seyid” ləqəbli narkotacir Hacıqabulda saxlanılıb

27579    |   2019-10-05 11:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Zakir Qəhrəmanov saxlanılıb. Onun üzrinə keçirilən baxış zamanı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Qəhrəmanov narkotik vasitəni "Seyid” ləqəbi ilə tanınan şəxsdən 50 manata aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxsin rayonun Rəncbər kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Mirhəmid Mehdiyev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilən M.Mehdiyevin əlindəki sellofan torbadan 1ədəd şüşə və 1 ədəd plastik qabda qurudulmuş marixuana, üzərinə keçirilən baxış zamanı isə 2 ədəd bükümdə heroin və 3 ədəd bükümdə marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK