Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycana qanunsuz daxil olmaq istəyən Əlcəzair vətəndaşları saxlanılıb Adalet.az | Azərbaycana qanunsuz daxil olmaq istəyən Əlcəzair vətəndaşları saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Azərbaycana qanunsuz daxil olmaq istəyən Əlcəzair vətəndaşları saxlanılıb

1669    |   2019-10-04 16:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miq­rasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd müha­fizə tədbirləri davam etdirilir.

DSX-dən verilən məlumata görə, xidmət əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı nəticəsində 2 nə­fər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısı alın­ıb.

Bu gün DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qay­dada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Əlcəzair vətəndaş­ları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK