Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib Adalet.az | Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

3673    |   2019-09-27 16:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti BDU-nun tələbə və məzunları üçün təşkil edilmiş "Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirində iştirak edib.

Şirkətdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-nun tələbə və məzunları üçün "Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirinin əsas məqsədi tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasıdır.

Tədbir zamanı universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə "Speedtest” xidmətinə görə bütün dünyada tanınan "Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.




İmza:

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Bu telefonlarda “WhatsApp” işləməyəcək

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

"Azercell" Türkiyədəki abunəçilərinin nömrələrinə internet paketi yükləyib

"Azercell" növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib

Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK