Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qusarda heyvan oğruları ələ keçdi Adalet.az | Qusarda heyvan oğruları ələ keçdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Qusarda heyvan oğruları ələ keçdi

9457    |   2019-09-24 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iribuynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar.
Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.




İmza:
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK