ANA SƏHİFƏ / DÜNYA

Erməni general Rusiyaya hədə qorxu gəldi - FOTO

18316    |   2019-09-20 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Rusiyanın Kalininqrad vilayətindəki hava hücumundan müdafiə sistemini dəf etməyə imkan verəcək planı mövcuddur.

"Breaking Defence” xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.

Onun sözlərinə görə, Pentaqon Avropada mümkün "Rusiya təcavüzünə” cavab verməyə hazırdır. Belə olan təqdirdə havadan, qurudan, dənizdan, kosmosdan – yəni hərtərəfli hücumlar təşkil olunacaq.

General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım gələrsə tətbiq etməyə hazırdır. Bununla yanaşı, Harriqyan Kalininqrada qarşı hərbi planın təfərrüatlarını açıqlamayıb.

Qeyd etmək lazımdır ki, Ceffri Li Harriqyan erməni əsilli Amerika hərbçisidir. O 1985-ci ildə ABŞ-ın HHQ Akademiyasını qırıcı-pilot ixtisası üzrə bitirib. Harriqyan ABŞ-ın Panamaya təcavüzündə, "Səhrada fırtına”, "Sarsılmaz azadlıq” və digər hərbi əməliyyatlarda yaxından iştirak edib. (Oxu.az)



İmza:

Boston marafonu 124 illik tarixində ilk dəfə keçirilməyəcək

Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir

Dünyada koronavirusdan ölüm reytinqinə görə birinci yerdə olan ölkənin adı açıqlandı

1700-ə qədər ruhi xəstə səhvən xəstəxanadan buraxıldı

Yaponiyaya gələn turistlərə pul veriləcək

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

Britaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildi

Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Polşa prezident seçkiləri ərəfəsində

Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK