ANA SƏHİFƏ / İDMAN

Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

29044    |   2019-09-20 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

Misirli Amr Reda Ramadan Husseniyə qarşı görüşdə H.Əliyev uğur qazanıb.

Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb.

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub -7:6.

Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub.

Qeyd edək ki, H.Əliyev bu çempionatda xoşagəlməz hadisə ilə üzləşib. Rusiyalı Hacımurad Rəşidova qarşı görüşüdə hakimlərin haqsızlığı ilə üzləşən güləşçimiz hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə "qırmızı” göstərib və yerə çırpıb.

Bundan sonra, H.Əliyevin dünya çempionatından diskvalifikasiya məsələsi qaldırılsa da, bu qəbul edilməyib.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK