nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub Adalet.az | Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

3071    |   2019-09-16 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovun "Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu "Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində "Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunub.

Hospitaldan verilən məlumata görə, "Elsevier” dünyanın ən nəhəng nəşriyyat evlərindən biri olaraq hər il dünyada nəşr olunan bütün jurnalların məqalələrinin dörddə bir hissəsini çap edir. "Elsever” nəşriyyat evi 15 milyondan çox oxucunu əhatə edir. 1880-ci ildə Hollandiyanın Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir.

Məqalədə canlıdan qaraciyər transplantasiyası zamanı potensial donorların seçilməsində radioloji görüntüləmənin rolu barədə məlumat verilir. Kompüter tomoqrafiyası donor qaraciyərinin parenximasında yağ infiltrasiyasının dərəcəsinin qiymətləndirilməsini, qaraciyərin həcminin ölçülməsini, damar anatomiyasının müəyyənləşdirilməsini təmin edir. Azərbaycanlı müəlliflərin qənaətinə görə qaraciyər transplantasiyası üçün donor kimi müayinə olunan hər 10 namizəddən 8-dən multidetektorlu KT nəticələrinə əsasən imtina edilmişdir.

Məqalə spesifik mövzu olan qaraciyər transplantasiyası və donor seçimi mövzunu əhatə etdiyi üçün məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyiniz linki nəzərinizə çatdırırıq:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0041134519302350




İmza:
SON XƏBƏRLƏR
2020-02-28
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK