Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SARP QAPISINDA - Seyfəddin Altaylı yazır Adalet.az | SARP QAPISINDA - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SARP QAPISINDA - Seyfəddin Altaylı yazır

9971    |   2019-09-13 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İnsanların qiymәti görüşdüyü vә oturub-durduğu insanlarla ölçülәr

Hz. Әli”

Salam әziz oxucular.

Yay tәtili qurtardı, yәni tәdris ili başlanacaqdı. İnşallah yenә tez-tez görüşәcәyik.

İyun ayının 17-indә Türkiyәyә yola düşdük. Kutaisini keçәrkәn sәhvә yol verdim vә yol polisi haqlı olaraq mәnә 50 lari cәrimә yazdı. Sәrhәddәn keçmәmiş Sarp qapısındakı banklarına gedәrәk verilәn cәrimәni ödәmәk istәdim, ancaq bankda işlәyәn xanım bu cәrimәnin sistemә düşmәdiyini vә pulu götürә bilmiyәcәyini әl işarәlәri ilә söylәdi. Nә Türkcә bilirdi nә dә İngilis dilini. Orada işlәyәn polislәrә üz tutdum vә Türkcә bilәn bir polis tapıldı, problemi sordu, mәn dә ondan mәnә yazılan cәrimәni ödәmәk istәdiyimi, bunun üçün kömәk olmasını xahiş etdim. O da xanımla danışdı vә dönüb "Xanım bu cәrimәnin sistemdә görünmәdiyini söylәyir, onu götürә bilmәz, gedin qayıdanda ödәyәrsiniz” dedikdә, polisә, iki ay yarım Türkiyәdә qalacağımı söylәdim, o da dönüb "Uzaq başı 10-15 lari artıq ödәyәrsiniz qurtarar çıxıb gedin” deyincә mәn dә vәtәnә qayıtdım.

Azәrbaycana qayıdarkәn sentiyabr ayının 6-sı günü saat 8.30 radәlәrindә Sarp qapısından Gürcüstana daxil oldum vә maşını gömrükçülәr yoxladıqdan sonra iyun ayında yazılan cәrimә qәbzini götürüb gömrük postundakı banklarına getdim. Orada işlәyәn xanım 175 lari cәrimә ödәmәli olduğumu söylәyincә çaş-baş qaldım, iyun ayında baş verәn danışıqları yenә bir gömrük polisi vasitәsilә başa salsam da qulaq asmadı, mәn dә mәcbur qalıb 175 lari ödәyib polis kontrol nöqtәsinә yönәldim. Orda işlәyәn xanım polis xüsusi pasportumu görüncә üzündә nifrәt ifadәlәri yarandı vә bir neçә yerә zәng çaldı, әliylә kәnarlaşmamı söylәdi. Xeyli müddәt sonra yar-yarımçıq Türkcә bilәn bir ahıl polis gәldi vә 500 lari cәrimә ödәmәli olduğumu söylәdi. Mәn dә cәzamı ödәdiyimi söylәdim, ancaq o "Ödәdiyin azdır iki aydan artıqdır cәrimәni ödәmәyibsәn buna görә sürücü vәsiqәn müsadirә edilib” dedi. İyun ayında başverәn olayları, o gün bir polisin mәnә dediklәrini ona söylәsәm dә qulaq asmadı. Yaxşı dedim, "Madәm ödәmәliyәm ödәyim mәni buraxın”. Olmaz vә get maşınında gözlә dedi. Maşında tәqribәn 45 dәqiqә gözlәtdilәr. Yoldaşım Fatma xanımı piyada xәttindәn yola saldıqlarına görә o da nigarançılıqla mәni gözlәyirdi. Bu arada Batum Başkonsulluğumuza zәng çaldım vә vәziyyәti danışdım. Orda işlәyәn şәxs "Lazımi bilgilәri aldım, sizә zәng edәcәyәm” dedi. Bir saata yaxın vaxt keçdikdәn sonra bir qulağı kәsik Tato adında biri gәldi, özünün polislikdәn tәqaüdә çıxdığını, polislәrin onu mәnә vәkil tәyin etdiyini, maşınımın Batumdakı polis mәrkәzinә aparılacağını, onu özünün sürә bilәcәyini, mәrkәzdә mәnә zamin olacağını, cәrimәni orada ödәdikdәn sonra vәsiqәmi vәrә bilәcәklәrini söylәdi. Mәcbur qalıb dәdiklәrinә uydum vә maşına mindirib bizi polis mәrkәzinә apardı. Ordakı polislәr yazıb-pozdular vә 300 lari cәrimә ödәyәcәyimi söylәdilәr. Batumda bir banka getdik cәrimәni ödәdik, ancaq günortadan sonra saat 2-yә qәdәr orada gözlәdik. Ordakı polislәrә niyә gözlәyirәm, cәrimәni ödәdim mәni niyә buraxmırsınız, verin vәsiqәmi gedim dedikdә, "gözlәyәcәksәn” dedilәr. Nәhayәt sürücü vәsiqәmi gәtirib verdilәr vә biz doğma qardaş vәtәnә sarı yola düşdük.

Hәm Sarpda hәm dә Batumda gözlәyәrkәn polislәrә "Bu hәrәkәtlәrinin Gürcüstana dost yox düşmәn qazandırdığını” söylәdim.

Avropanı başdan ayağa kimi gәzmiş bir insan olaraq ilk dәfә bu cür kobud hәrәkәtlәrin şahidi olurdum. Gürcüstan o cür kobud polislәrә malik olduqca dostu günü-gündәn azalacaqdı.

Türkiyәyә hәr il 30 milyondan artıq turisd gәlir vә hәr gәlәn turisd ölkәmizә pul buraxır. Türkiyәdә turizmә "bacasız sәnaye” deyilir ki, doğrudan da elәdir. Türkiyәli polislәr bunun fәrqindә olduqlarına görә hәr bir turisdә hәdsiz hörmәtlә vә etika ilә xidmәt edir, gülәrüz göstәrir. Gürcü polislәri ilә Türkiyәli polislәri müqayisә etdikdә polislәrin hәrәkәtinin bir ölkәyә nә qazandırıb ölkәnin nәlәr itirә bilәcәyinin fәrqinә yaxşı varıla bilәr. Xarici birinә görә polis bir ölkәnin hәqiqi üzüdür. Polislәrin hәrәkәtlәrinә baxıb o ölkә haqda müәyyәn fikrә malik ola bilәrsiniz, çünki bir ölkәyә gedәn şәxs öncә o ölkәnin polisi ilә üzlәşir vә onların davranışına görә dә o ölkәyә qiymәt verir.

TRT-dә işlәyәrkәn Mәsut Yılmazın başnazirliyi vaxtında TRT Gәnәl Müdürlüyü ilә Dış Yayınlar Dairәsi Başqanlığı vasitәsilә görüşdüm, Türkiyәnin Sәsi Radiosunda Gürcücә vәrilişlәrinin açılmasının iki ölkәnin dostluğuna xidmәt edәcәyini, onların bizim, bizim dә onların dostluğuna ehtiyacımızın olduğunu söylәdim vә bu yolda hәr bir yükü götürmәyә hazır olduğumu bildirdim. Rәhbәrlik müәyyәn yәrlәrlә mәslәhәtlәşdikdәn sonra nәhayәt qәrar verildi vә mәnә tapşırıldı ki, Gürcücә redaksiyasında işlәyәcәk kadrları tapım. Mәn dә Azәrbaycana gәlәrәk Gürcücәni ana dili kimi bilәn iki şәxsi götürüb apardım vә o gündәn bәri Türkiyәnin Sәsi Radiosunda Gürcücә redaksiyası fәaliyyәtini uğurla yeridir, hәmin kadrlar da orda işlәyirlәr.

Mәnә vә yoldaşıma altı saat mәnәvi işgәncә verәn Gürcü polislәri o cür rәftarları ilә ölkәlәrinin dostlarının sayını azaltdıqlarının fәrqindәdilәr görәn?!

Mәncә bu cür olaylar hәr bir polis işçisi üçün ibrәt dәrsidir.




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK