hacklink Adalet.az | Əli Əhmədov partiya sədrinə: Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? Adalet.az | Əli Əhmədov partiya sədrinə: Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov partiya sədrinə: Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?

9069    |   2019-09-11 13:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa"da bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddialara cavab verib.

Trend-in məlumatına görə, Ə.Əhmədov bildirib ki, heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz: "Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər".

Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Sərdar Cəlaloğlu, sən Petruşevla danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə təqdim edilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!"

Ə.Əhmədov bildirib ki, bu görüşdə toplaşmağın əsas məqsədi Azərbaycanda siyasi proseslərə xarici müdaxilələr məsələsini müzakirə etməkdir: "Əgər biz müzakirəyə çıxarılan məsələ ilə əlaqədar fikir mübadiləsi aparıb vahid qərara gəlmək istəyiriksə, bu barədə danışaq. Əksinə, digər məsələləri bu tribunadan istifadə edib bura tökmək istəyiriksə, heç nəyə nail ola bilməyəcəyik”.




İmza:

Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Vasif Talıbovdan sərəncam - Onların maaşlarını 50 faiz artırdı

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

Bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara başlanılıb

Azərbaycan-Rusiya arasında Niyyət Protokolu imzalanıb

Maksim Oreşkin - Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib

Maksim Oreşkin : Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

ƏSLİNDƏ CÜMLƏ BELƏ OXUNMALIDIR

BRİTANİYA AVROPA İTTİFAQINDAN BOŞANA BİLMİR

Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi

BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK