hacklink Adalet.az | UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək Adalet.az | UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya günü keçiriləcək

6386    |   2019-09-09 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi "Oriyentasiya günü” keçiriləcək.

UNEC-dən verilən məlumata görə, dünya universitetlərində də hər il ənənəvi təşkil olunan "Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə geniş məlumat vermək, əyləncəli, pozitiv gün yaşatmaqdır.

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunacaq Oriyentasiya günündə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verəcək, tələbə könüllülər isə universitetdaxili gəzintilərdə onlara bələdçilik edəcəklər.

Tələbə təşkilatlarının stendlərində fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bu il ilk dəfə olaraq UNEC Startap və Encastus stendləri də tələbələrə tanıtımlar həyata keçirəcək. UNEC Startapçılarının stendlərində həm ideyaların nümayişi keçiriləcək, həm də komandaya yeni üzvlərin cəlbi təşkil olunacaq. UNEC-in Enactus komandası stenddə beynəlxalq yarış haqqında məlumatlar verəcək, bu günədək keçirilən layihələri nümayiş etdirəcək, o cümlədən bu il keçiriləcək yarışda iştirak etmək istəyənləri komanda üzvlüyünə qəbul edəcəkdir.

UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün karyera quruculuğu istiqamətində məsləhətlər təşkil edəcək, mərkəzin fəaliyyətindən bəhs edəcəkdir. Əlavə olaraq, bu il ilk dəfə olaraq, yeni qəbul tələbələr üçün Karyera Planlama Testi təşkil olunacaq.

Tədbir günü UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər ifa ediləcək, əyləncəli və intellektual oyunlar, həmçinin stolüstü tennis, voleybol, badminton, rəsm sərgisi və digər pozitiv fəaliyyətlər nümayiş etdiriləcək.

Oriyentasiya günü 13 sentyabr saat 10:00-15:00-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq. Universitetə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

Oriyentasiya günü fakültələr üzrə aşağıdakı tədris binalarında təşkil olunacaq:

Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə və mühasibat fakültəsi - I tədris binası (İstiqlaliyyət küçəsi, 6);

İqtisadiyyat, Texnologiya və dizayn, Ekspertiza və standartlaşdırma fakültələri, Rus İqtisad Məktəbi - II tədris binası (Həsən Əliyev küçəsi, 135);

Biznes və menecment, Türk Dünyası İqtisad fakültələri - IV tədris binası (Abbas Səhhət küçəsi, 45 A).




İmza:

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

ADU-da payız semestrinin imtahan sessiyası başlayıb

Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub

Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin” - VİDEO

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK