ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər

34598    |   2019-09-09 14:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ilin əvvəllərindən bərpasına başlanılan "Sınıq körpü”də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir.

Bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri tam sürətlə həyata keçirilir:

"Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bundan başqa, körpünün üstü, yanları, karvansaray artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb".

F.Hüseynov əlavə edib ki, körpüdə nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.

Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.




İmza:

Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək - VIDEO

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Azərbaycanda Kino Şurası yaradıldı

Aşıq Əhmədin həyatı və sənət yolu

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

SON XƏBƏRLƏR
2020-06-01
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK