hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Ərdoğan: “Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq” Adalet.az | Ərdoğan: “Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Ərdoğan: “Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq”

10927    |   2019-09-05 16:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq”.

Adalet.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda deyib.

Prezident bildirib ki, 8 ildir Türkiyədə 3 milyon 650 nəfər suriyalı məskunlaşıb.

O qeyd edib ki, Qərbdəki bəzi dövlətlər kimi, ancaq 50, 100 qaçqına sığınacaq verilməyib: "İndiyə qədər qaçqınlara xərclənən vəsaitin həcmi 40 milyard dolları ötüb. Avropa İttifaqının vəsaiti bizim büdcəmizə deyil, beynəlxalq təşkilatlara yönləndilir. Bu da ümumilikdə 3 milyard avro edər, ya etməz. Onlar verdikləri vədləri pozdular. Təhlükəsiz zona mövzusunda ABŞ, Rusiya və Almaniya ilə də danışıqlarımız davam edir. Bizə təklifiniz gözəldir deyirlər, amma əməli işə gələndə, buna əməl etmirlər. Biz yenə də təklifimizdə israrlıyıq. Əfqanıstandan gələn qaçqınlar da var, bunu da nəzərə almırlar. O zaman biz də qaçqınlar üçün Avropanın qapılarını açmaq məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, bu ilin 5-7 avqust tarixlərində Türkiyə və ABŞ-dan olan hərbçilərin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçirilib. Türkiyə Müdafiə Nazirliyində keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zona yaradılması barədə razılıq əldə olunub. ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyədə Müştərək Hərəkat Mərkəzinin qısa müddətdə yaradılması haqda razılıq əldə olunub.



İmza:

Kamaləddin Qafarov Məstəliyevlər ailəsinin qonağı olub - FOTO

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

MSK: Hazırda deputatlığa namizədlərin sayı 1400 nəfərdir

Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirib

İlham Əliyev Davosda merlə görüşdü - FOTO

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb - FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Aqil Abbas seçicinin mənzilində oldu - Foto

Müşviqabad qəsəbəsində görüş - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

SON XƏBƏRLƏR
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK