Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qusarda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlandı Adalet.az | Qusarda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Qusarda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlandı

1470    |   2019-09-05 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qusar rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Fakta görə Qusar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 4-də Qusar-Xudat avtomobil yolunun Bədirqala kəndindən keçən hissəsində rayon sakini, Cəbrayılov Zeynulla Vəliyulla oğlu idarə etdiyi "Mercedes-190" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1980-cı il təvəllüdlü Babayeva Pərvanə Manpasa qızı, 1999-cu il təvəllüdlü Sevzixanova Alina Albertovna, 1991-ci il təvəllüqdlü Babayeva Gülmirə Hacı qızı və 1990-cı il təvəllüdlü Qurbanova Nina Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. N.Qurbanova aldığı xəsarətlərdən xəstəxanada ölüb.




İmza:
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK