hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək Adalet.az | Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Növbəti Alman-Azərbaycan Biznes Forumu sentyabrda Bakıda keçiriləcək

9934    |   2019-09-02 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

27 sentyabr 2019-cu il tarixində Hyatt Konfrans Mərkəzində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə Bakıda "Sənaye və İnfrastrukturun Modernləşdirilməsi" mövzusuna həsr olunmuş Alman-Azərbaycan Biznes Forumunu təşkil edəcək.

Palatadan verilən məlumata görə, bu il forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, və kənd təsərrüfatı və qida sənayesidir. Tədbirin əsas məqsədi Alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.

Forumun açılış mərasimində Alman və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Forumda iştirak ödənişsizdir. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə sinxron tərcümə olunacaq.

Forum ilə bağlı əlaqələndirici şəxs

Aynur Nəsibova

Alman-Azərbaycan Xarici Ticarət Palatası

(AHK Azərbaycan)

E-mail:forum@ahk-baku.deTel: +99412 497 63 06/07

Media ilə bağlı əlaqələndirici şəxs

Aidə Əliyeva

Alman-Azərbaycan Xarici Ticarət Palatası

(AHK Azərbaycan)

E-mail:aida.aliyeva@ahk-baku.deTel: +99412 497 63 06/07




İmza:
SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK