nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ağdamda şəhidlərin adını daşıyan bulaq və iki ədəd subartezian quyusu istifadəyə verilib Adalet.az | Ağdamda şəhidlərin adını daşıyan bulaq və iki ədəd subartezian quyusu istifadəyə verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ağdamda şəhidlərin adını daşıyan bulaq və iki ədəd subartezian quyusu istifadəyə verilib

6317    |   2019-08-28 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağdam rayonunun Quzanlı və Bənövşələr qəsəbələrində "Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan iki ədəd subartezian quyusunun və Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Muxtar Qasımov, Canpolad Rzayev, Nadir Əliyev, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raqub Orucov adına tikilmiş iki bulağın açılışı olub.

Adalet.az xəbər verir ki, rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları çıxış edərək, sakinləri subartezian quyularının və bulaqların istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun işğal altında olmayan ərazilərində İctimai Birlik tərəfindən iki ədəd subartezian quyusu və iki bulaq istifadəyə verilib.

Qəsəbə sakinləri xeyirxah işə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara təşəkkür ediblər.




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK