nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır Adalet.az | Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır

32518    |   2019-08-27 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, bir-neçə istiqamət üzrə yenidən qurulan 51 kilometrlik yolun 15 kilometrlik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.

Layihə çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 metr, eni 9,5 metr olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Sözügedən yolun qalan 36 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Həmçinin 36 kilometrlik yolun 15,1 kilometri asfalt-beton, 20,9 kilometri isə çınqıl örtüklü olmaqla inşa edilir.

Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun digər 17,3 kilometrlik hissəsində isə hazırda yenidənqurma işləri aparılır.

Son mərhələdə isə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkiləcək.

Bununla da, Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunda müasir yol infrastrukturu yaradılacaq. Eyni zamanda, 50 minədək əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

SON XƏBƏRLƏR
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK