Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi Adalet.az | Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

7899    |   2019-08-22 12:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan müstəqillik əldə edərkən kənar qüvvələr, qonşu və uzaq dövlətlər, burada geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbirdə deyib.

Ə.Həsənov bildirib ki, Şeyx həzrətləri Azərbaycanın dini-mənəvi həyatında özünəməxsus nümunələr yaradıb: "O nümunələrdən biri Azərbaycanda bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, pozmaq olmaz və bu normalar olduğu kimi tətbiq olunmalıdır”.

Prezidentin köməkçisi vurğulayıb ki, Hacı Allahşükür Paşazadədən danışanda onun şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verilməlidir: "Azərbaycan müstəqillik əldə edərkən Şeyxülislam ümummilli lider Heydər Əliyevin yürütdüyü müstəqil dövlətçilik siyasətinə dəstək verərək milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib hazırladı, bu modeli kənar təsirlərdən qorudu. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanların davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə tam uyğundur ki, onun da təməlində məhz Şeyxülislam Hacı Allahşükür Paşazadə dayanır”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycanın hər bir yerində dünyada tayı-bərabəri olmayan məscidlərimiz fəaliyyət göstərir: "Şeyx həzrətlərinin fəaliyyəti barədə geniş danışmaq olar. Bunlar danışdıqca qurtarmır. Hacı Allahşükür Paşazadə dünyada tanınan bir şəxsiyyətdir. Onun Azərbaycanın bütün ağsaqqallarının yanında çox böyük hörməti var”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, Hacı Allahşükür Paşazadə Azərbaycanın tarixində ən gənc şeyxülislam olub: "O, 30 yaşında şeyxülislam olub. Çox gənc yaşlarından ağsaqqal kimi fəaliyyət göstərib. XX və XXI əsrdə dinin adından çıxış edib. İslam dini sülh və barış dinidir. Mən Şeyxülislam ilə çoxdan tanışam və onun fəaliyyətini dərindən izləyirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Hacı Allahşükür Paşazadə həm də siyasi və dövlət xadimidir: "O, uzun müddət Azərbaycan və SSRİ parlamentinin deputatı olub. Şeyx həzrətləri dövlətçiliyi hər zaman yüksək tutub, Azərbaycanın ən taleyüklü məsələlərində həmişə dövlətin yanında olub. Hacı Allahşükür Paşazadə həmişə dövlətin apardığı siyasəti dəstəkləyir və buna öz töhfələrini verir”.

Tədbirin yekununda çıxış edən A.Paşazadə hər kəsə təşəkkür edib: "Bu gün tədbirdə söylənən bütün fikirlər mənim üçün çox xoşdur. Hər bir insan yaşadığı dövrdə istəyər ki, arxaya baxsın.
Bu gün dini təhsil alanlar çoxdur. Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaradılıb. Mən təhsil alanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah-təala da bunu mənə nəsib etdi”.




İmza:

İqbal Ağazadə : "Bu, iqtidar-müxalifət görüşü deyil"

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

BU GÜN YƏQİN XİN-in BOMBA KİMİ BİR BƏYANATI OLACAQ

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

İqtidarla müxalifətin dialoqu : Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK