Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Vilayət Eyvazov BQXK-nın rəsmisini qəbul edib Adalet.az | Vilayət Eyvazov BQXK-nın rəsmisini qəbul edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Vilayət Eyvazov BQXK-nın rəsmisini qəbul edib

7767    |   2019-08-20 17:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseranı qəbul edib.

DİN-dən verilən məlumata görə, qonaqları salamlayan nazir daxili işlər orqanları ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın razılaşdırılmış Tədbirlər Planı və Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Sazişə əsaslandığını xatırladaraq mövcud əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Vilayət Eyvazov qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, ona riayət olunması ölkəmizdə və o cümlədən DİN-də aparılan davamlı islahatların prioritet istiqamətlərindən olmaqla, bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, qəbul olunmuş yeni normativ sənədlərdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, hüquqi yardımdan istifadə edilməsi, şikayət və təkliflərin yuxarı instansiyalara verilməsi, habelə hüquq-müdafiə təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərlə maneəsiz görüşmək qaydaları və imkanları öz əksini tapıb. Eyni zamanda, saxlama yerlərinin fəaliyyətinin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, saxlanılan şəxslərin hüquqlarının qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, DİN-in orqan və hissələrində fəaliyyət göstərən müvəqqəti saxlama təcridxanalarının demək olar ki, hamısında mövcud təlimatın tələblərinə və müasir standartlara uyğun əsaslı təmir işləri aparılmış, hamısı videonəzarət və təhlükəsizlik avadanlıqları ilə təmin olunub.

General-polkovnik Vilayət Eyvazov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin xətti ilə 2003-cü ildən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün müxtəlif mövzular üzrə seminar və təlimlər keçirilib, bu təlimlərdə 700-dən artıq əməkdaş iştirak edib. O da qeyd olunub ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara 28 istiqamət üzrə elektron xidmət göstərilir.

Səmimi qəbula və ətraflı məlumata görə nazir V.Eyvazova minnətdarlığını bildirən xanım Elena Aymone Sessera rəhbərlik etdiyi qurumun azadlıqdan məhrum etmə yerlərində apardığı işlər, keçirilən təlim kursları, eləcə də ölkəmizdə görəcəyi işlər barədə məlumat verib, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını qeyd edib.



İmza:

İqbal Ağazadə : "Bu, iqtidar-müxalifət görüşü deyil"

BU GÜN YƏQİN XİN-in BOMBA KİMİ BİR BƏYANATI OLACAQ

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

İqtidarla müxalifətin dialoqu : Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Alman deputat: "Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır"

Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı

Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

Ramiz Mehdiyev Stanislav Zasla görüşüb - FOTO + Yenilənib

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib - YENİLƏNİB

Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparılıb

“Azərenerji” ASC-nin rəhbəri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir

“BTQ region ölkələrini logistika mərkəzinə çevirir” - Cavid Qurbanov

Milli Məclisdə komitə iclası keçirildi

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK