Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb Adalet.az | Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Naxçıvanda 281 məzun 500-700 arası bal toplayıb

3047    |   2019-08-20 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin məzunlarından 1515-i ali təhsil müəssisələrinə qəbul olub. Eyni zamanda, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 179-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Ümumilikdə, ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1694 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 68 faizini təşkil edir.

Bunu Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib. Nazir bildirib ki, abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər.

"2019-cu ildə 1168 məzun, yaxud qəbul olanların 77 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Tələbə adını qazanan məzunlardan 199-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb ki, onların da 172-ni, yaxud 61 faizini qızlar, 109-nu, yaxud 39 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 46-sı Şərur, 36-sı Babək, 27-si Ordubad, 28-i Culfa, 10-u Kəngərli, 18-i Şahbuz, 3-ü Sədərək rayonunun, 42-si isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır".

R.Məmmədov qeyd edib ki, ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.

"Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2018-2019-cu tədris ilində məzunlardan 13-ü "Qızıl”, 16-sı "Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, buraxılış və qəbul imtahanlarının yekun nəticələrinə əsasən 500-700 arası bal toplayıblar".



İmza:

Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

Valideynlərin “təriqət məktəbi” üsyanı

Görəsən, təhsilə biz nə qədər xərcləyirik? - SİYAHI

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib

61 məktəbə yeni direktor təyin olunub

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK