viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: DOST SEVİNCİ Adalet.az | Faiq QİSMƏTOĞLU: DOST SEVİNCİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DOST SEVİNCİ

5233    |   2019-08-15 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dünyada yaxşı dostlar nə qədər çox olsa, onların işığı, onların nuru ətrafındakıların da üstünə düşər. Çünki yaxşı dostlar, yaxşı insanlar, yaxşı adamlar həmişə haqqın, ədalətin, işığın yanında olublar. Onların bir kəlməsi, bir sözü bəzən çətin vəziyyətdə olan insanın qəlbində yaşamaq eşqini daha da gücləndirir. Belə dostlar yəqin ki, hamının əhatəsində var...

Mənim də uzun illər, daha doğrusu, 30 il qonşuluq və dostluq elədiyim çox böyük ziyalı, gözəl insan, hamıya öz sevgisini və istəyini paylayan bir dostum var – Səməndər Eyvaz oğlu Məmmədov! İnanın, onu tanıyanlar həmişə bu böyük ziyalının etibarından, sadəliyindən və səmimiyyətindən ağızdolusu danışırlar. Qonşuluqda elə bir adam olmayıb ki, onun çətin günündə Səməndər müəllim yaxasını çəkib kənarda dursun. Xeyirdə, şərdə biz həmişə onu caamatın içərisində görmüşük. Özü də camaata elə yaxşılıqlıar edər ki, onu heç vaxt dilinə gətirməz. Mənim də ən ağır günümdə, ən çətin anımda yanımda olub. İstər xəstələnəndə, istərsə də övladımın sıxıntısı olanda xəbərim olmadan mənəvi və maddi dəstək verib. Yəni o, dostluqda, qonşuluqda və yoldaşlıqda elədiyi yaxşılıq müqabilində heç bir təmənna güdməyən böyük bir ziyalıdır.

Səməndər Məmmədov sözün həqiqi mənasında böyük pedaqoq, böyük ziyalı, böyük insandı. Ömrünün 40 ildən çoxunu təhsil sisteminə həsr edib. Və həmişə də ömürdən ötən günlər üçün heç vaxt təəssüflənməyib. Əksinə, qürur duyub ki, arxada qalan illəri çox mənalı keçib, ömrünü və gününü Azərbaycan təhsilinə xərcləyib. Zarafat deyil, uzun illərdir ki, o, Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbə rəhbərlik edir. Bu kollektivə gələn gündən məktəb hər il təhsildə çox böyük uğurlara imza atıb. Bu gün Səməndər müəllimin dərs dediyi yüzlərlə məzun ali təhsil alaraq respublikamızda məsul vəzifələrdə çalışır. Və Səməndər müəllim də onlarla fəxr edir, qürur duyur.


Bu böyük ziyalı təkcə pedaqoji fəaliyyətlə, müəllimliklə, direktorluqla kifayətlənməyib. O, çox istedadlı və savadlı bir şair, bir publisist, bir yazardı. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsüdü. Səməndər müəllimin böyük uğurları "Qızıl qələm”, "Abdulla Şaiq” və "Araz” ali ədəbi mükafatları laureatı, "Qabaqcıl təhsil işçisi” mükafatları ilə qiymətləndirilib.

Onun indiyədək "Faxralı”, "Bir durna ayrıldı öz qatarından”, "Payız çiçəyi”, "Ümid qapısı”, "Coşqun çay kimi”, "Bir gəncin taleyi alt-üst olursa”, "Faxralı tək ağır elim var mənim”, "Nur çiləyənlər”, "Ləkəsiz bir vicdan, böyük bir ürək”, "Pedaqoji düşüncələr”, üç cilidlik "Ağır elsən, Borçalıda adın var”, "El sevəni, aləm sevər” kitabının dörd cilidi, "İşıq ömrü yaşadı...” və "Faxralılar” kitabları işıq üzü görüb. Və bu kitabların hər birinə böyük oxucu kütləsi tərəfindən sevgiylə yanaşılıb.

İstedadlı yazarın çox gözəl bir publisist yazısı - "Kremlə sancılmış türk bayrağı” Ulu Öndər Heydər Əliyevə həsr edilib. Bu publisist yazı respublika müsabiqəsində birinci yerə çıxıb və mükafata layiq görülüb. Ümumiyyətlə, Səməndər Məmmədov hansı mövzuda yazı qələmə alıbsa, onun hamısı öz orijinallığı, səmimiyyəti, dil və üslubu ilə seçilib. Bu mənada onun "Müəllimlər müəllimi”, "Aləm bilir möcüzədir Zəlimxan”, "Böyük söz fatehi” və digər yazıları sözün həqiqi mənasında sənət nümunəsi sayıla bilər.

Təsadüfi deyil ki, xalq şairi Zəlimxan Yaqub Səməndər Məmmədov haqqında çox unikal bir fikir səsləndirib. O deyib ki, Səməndər Məmmədov dolu adamdır və Zəlimxanın gəzən kitabxanasıdır. Bu sözdə çox böyük həqiqət var. Çox yox, cəmi 10-15 dəqiqə söhbət eləmək bəs eləyir ki, Səməndər Məmmədovun söz dünyasının, bal dünyasının dadını hiss edəsən. Çünki bu 10-15 dəqiqədə səninlə elə şirin söhbət edəcək ki, 1-2 saat vaxtın necə gəlib getdiyini hiss etməyəcəksən. Hiss elədiyin o olacaq ki, söz dünyasına düşmüsən, bal kimi hikmətli, düzlu, məzəli, yumorlu söhbətlər eşidirsən, onun sözünün, söhbətinin ətrini hiss edirsən, rənglərin içərisində ruhun və qəlbin sakitləşir, dərddən, qəmdən uzaq olmusan və şirin bir nağıllar aləmindəsən...

Bu cür ziyalılar tək özləri üçün deyil, el-obası üçün qənimət adamdılar. Mən də Füzulini, Bəhmənlini çox istəyirəm. Hər ay da olmasa, iki aydan bir ata yurduna gedirəm. Amma Səməndər Məmmədov məndən də qat-qat çox Borçalını, böyüyüb boya-başa çatdığı Faxralını sevir. Bu yurdla bağlı neçə-neçə kitablar ərsəyə gətirib. Sevgisini, məhəbbətini yazıya, kitaba çevirməyi bacarıb. Bir az vaxtı olan kimi Borçalıya üz tutur, Faxralıya baş çəkir. Oranın ətrini, havasını ciyərinə çəkib Bakıya qayıdır. Qayıdanda görürəm ki, rəngi, ruhu təzələnib. O dəqiqə bilirəm ki, vətəndən qayıdıb...

Səməndər Məmmədov həm də çalışdığı, işlədiyi Bakı şəhərindəki Sabunçu rayonunun ictimai həyatında yaxından iştirak edir. Rayonun elə bir tədbiri olmur ki, Səməndər müəllim ora dəvət almasın və çox vaxt da öz gözəl, yaddaqalan çıxışı ilə görüş iştirakçılarını təəccübləndirməsin. Onu həm işlədiyi kollektivdə, həm də rayonda tanıyanlar böyük ürək sahibi kimi xatırlayır. Daha doğrusu, bu böyük ziyalını çox istəyirlər. Elə Sabunçu rayon icra hakimiyyətinin başçısı cənab Adil Vəliyev də Səməndər Məmmədova bir ziyalı, bir pedaqoq, bir məktəb rəhbəri kimi hörmətlə yanaşır. Dəfələrlə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb.

Bu günlərdə isə Səməndər Eyvaz oğlu Məmmədov prezident İlham Əliyevin 27 may 2019-cu il 1205 nömrəli sərəncamı ilə "Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib. Həmin medalı ona rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev təqdim edib. Təbii ki, bu mükafat heç də asanlıqla əldə edilməyib. Bu, Səməndər Məmmədovun uzun illər Sabunçu rayonunun ictimai həyatında fəal iştirak etməsi, qabaqcıl təhsil işçisi və bacarıqlı direktor olması ilə bağlıdır.

O, bu mükafata görə, öncə cənab prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi, Bizimlə söhbətində Səməndər müəllim dedi ki, prezident İlham Əliyev dəfələrlə bizim rayonda olmuş, sosial obyektlərin və təhsil müəssisələrinin açılışında iştirak etmişdi. Bu onu göstərir ki, cənab prezident insanlara və təhsilə çox böyük qayğı göstərir. Elə mənim rəhbərlik etdiyim məktəb də böyük qayğının nəticəsində əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib. O cümlədən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də məktəbimizə və bizə diqqət göstərib. Dəfələrlə kollektivimizə baş çəkib, bizim problemlərimizlə maraqlanıb. Təbii ki, bütün məsələlər də qısa zaman kəsiyində öz həllini tapıb.

Dost sevinci gözəl olur. Mən də uzun illər qonşuluq və dostluq elədiyim böyük ziyalı, böyük pedaqoq, böyük insan Səməndər Məmmədovun "Xalq Cümhuriyyətinin 100 illiyi” medalı alması münasibətilə təbrik edir, ona can sağlığı arzulayır və uzun ömür diləyirəm. Deyirəm ki, Səməndər müəllim, sənin əməlinə və ürəyinə görə, mükafatını bundan sonra da qoy Allah versin. Çünki Allahın verdiyi mükafat insan üçün çox dəyərli və çox qiymətlidi. Ona görə ki, Səməndər müəllim bu mükafatlara layiq ziyalıdır. O bu ucalığa qalxdıqca daha da sadələşir, daha da böyük görünür. Həmişə ucalıqda olasan, qardaş!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK