hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ŞEİRİ DƏ ÖZÜNÜN OXŞARI OLAN ŞAİR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ŞEİRİ DƏ ÖZÜNÜN OXŞARI OLAN ŞAİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ŞEİRİ DƏ ÖZÜNÜN OXŞARI OLAN ŞAİR

Xosrov Natilə bir neçə kəlmə həm oxucu, həm də dost sözü

9429    |   2019-08-05 17:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, Xosrov Natili mənə tanıdan, sevdirən və yaradıcılığını izləməyə yönəldən şair dostum rəhmətlik Vahid Əlifoğlu olubdu. Mən bu gün də Xosrov Natillə görüşəndə vahid gəlib dayanır gözümün önündə. Və onu da deyim ki, bunların hər ikisinin söhbətlərində, mövzularında, hətta jestlərində bir oxşarlıq var. İkisi də sanki öz sadəlikləri, öz kəndə, toprağa bağlılıqlarını özləri ilə birlikdə olduqları hər yerə daşıyırlar. Ona görə də nə ütülü danışmırlar, nə də yazmırlar. Necə var olublar, elə də qalırlar – biri xatirəmdə, yaddaşımda, biri də gözümün önündə...

Bəli, ötən ayın əvvəlləri idi. "Azərbaycann nəşriyyatının birinci mərtəbəsində görüşdük. Ona qədər artıq xəbər tutmuşdum və hətta "Ədalət”də oxuculara bilgi vermişdik ki, Xosrov Natilin yeni kitabı işıq üzü görəcək, izləyin, imza günündə iştirak edin! Bax, bu səbəbdən görüşən kimi mən də səbrsizlik edib soruşdum ki, mənim kitab payımı gətirmisənmi? Cavabı da qısa oldu:

- Hə qağa, sənə də, Azər Abdullaya da kitab gətirmişəm...

Yavaşca əl çantasını açdı, içərisində cəmi yarım cümlə avtoqraf olan kitabı mənə bağışladı. Bax, bu da onun özünəməxsusluğunun bir əlamətidi. Sağollaşıb ayrıldıq. Otağıma qayıdan kimi kitabı gözumulu açdım. İlk oxuduğum şeir öncə yazdıqlarımın təsdiqini göstərən bir ipucu olu. Və mən həmin ipucundan tutub oxuculara tərəf yol getdim. Xosrov yazıb ki:


Məni sevənlərim dünyada yoxdu,

Hələ doğulmayıb məni sevənlər.

Yüz il də, min il də dayanım, durum,

Məni sevə bilməzsən, yavrum.


Əllərim yaraşmır ağ əllərinə,

Saçının bəyazı rəngimə düşmür.

Ömrümə, günüm yüz sığal vurum,

Məni sevə bilməzsən, yavrum.


Gözümün içinə bir qadın ağlar

Axşamım oxşamır axşamlarına.

Səhərim ümidsiz, Allahım yorğun,

Məni sevə bilməzsən, yavrum.

Doğrusunu deyim ki, bu şeiri bir neçə dəfə oxudum. Çünki son vaxtlar məni daha çox özünə çəkən və bir az da tərki dünya edən duyğular, xatirələr əlimdən tutub məni uzaqlara aparır. O uzaqlara ki, orda hər şey öz rəngində, öz təbii çalarında... Sən də ki, öz sevgi pıçıltılarında... Bax, bunların cəmində mənim həyatım, mənim sevgiyə və ədəbiyyatın mənə yaşatdıqlarına bir təşəkkür görürəm. Ona görə də sözün qüdrətinə minnətdarlıq hissim bir az da artır.

Bir sətrimi dizi üstə yazmışam,

Bir sətrimi üzü üstə.

Bəzən alaqaranlıq otaqda

sətirlərim düşüb üst-üstə.

Fikirlərim yeyib məni

qaralmışam için-için.

Bəzən əlində qalmışam adi sevincin.

Bəzən ilhamı boğmuşam,

qəhərimi boğan kimi.

Nəsə yazmaq istəmişəm

gözdən oğurlanan kimi.

Yenə yazıram

rəğbətli bir şey yazmasam da,

onsuz da olmayıb yazı masam da.

Bir sərtimi dizi üstə yazmışam,

bir sətrimi üzü üstə.

Bəli, bu əslində sözün çəkdiyi portretdi, rəsmdi. Yəni sözlə çəkilmiş rəsm əsəridi. O rəsmə baxırsan, xəyalından o mənzərəyə uyğun müxtəlif fikirlər gəlib keçir və nəhayət sən nə axtardığını və həm də niyə axtardığını tapmış bir Allah bəndəsi kimi özün də hiss etmədən pıçıldayırsan:


- Hə, gözəldi... çox gözəldi!..

Xosrov Natilin həyat yolundan xəbərdar olanlar bilir ki, o, ali təhsilini, yəni diplomunu Gəncədə alsa da, sözə xeyir-duasını Gəncə ədəbi mühitinin ağsaqqalı olan Qərib Mehdidən alıb. Ona görə də onun şeirlərində, hətta publisist yazılarında Gəncəyə, Qərib müəllimə, həmin mühitdən çıxanlara xüsusi bir sayğı var. Elə bu kitabında da Xosrov həmin mövzudan yan keçməyib. Üstəlik, yurd nisgili, qaçqın həyatı, didərgin taleyi onun üçün təkcə həyatın özü deyil. Həm də o həyatın hardasa bir sısqa bulağı kimi ürəyinə, ilhamına axıb gələn şirə arxıdı. Onun qələmini həmin o şirə elə qidalandırır ki, söz birbaşa pardaqlayır. Ürəyi həm sıxır, həm də daha çox döyünməyə, daha çox özünüifadə etməyə kökləyir.


Ağzımı açıb, gözümü yumub,

Çıxarım yadımdan, çıxsın öz adım.

Dişimin dibindən çıxanı deyim,

Mübarək sözündən bəxti isladım.


İçimdə nə qədər sözlər çürüyüb,

Bir gün çəxardacaq üzə bilirəm.

Ya ürək... ya başqa bir dərdinən,

Hələ ki, bu yaşda dözə bilirəm.


Sitəm ayaqladım, kədər daşıdım,

Azadlıq vergisi verdim ömrümə.

Olub qalanını düşmənə verib,

Bıçaq dirədilər bel sümüyümə.


Xosrov Natilin bu şeirini şərh etmək mənim üçün bir oxucu kimi öz ürəyində olanı, öz düşündüyümü demək qədər asandı. Çünki burdakı bütün ovqat mənə özüm qədər yaxındı. Bu düşüncələr bu və ya digər formada mənim də içimdən gəlib keçibdi. Amma bu bir həqiqətdi ki, həmin o düşüncənin sözə çevrilmiş, şeirləşmiş formasını ədəbiyyatşünaslar, ədəbiyyat araşdırmaçıları şərh etməlidilər. Onda tam mənada hər kəs görər ki, bəzən adam ağzını açıb danışmağa da ərinir və yaxud da bəzən də ağzını açıb gözünü yumub içindəkiləri gücü, heyi çatana qədər danışır, deyir... Amma içi boşalmır. Çünki orda yığılıb qalan ağrı-acı, kədər, vaxtında deməyə tərəddüd etdiyim və yaxud gecikdiyin nə varsa hamısı qat-qatsı, lay-laydı. Sonda onlar... çürüyür... həm də ömrü çürüdür!

Mən dəyərli dostum Xosrov Natilin "Ovcumun içində buğda dənəsi” adlı kitabı barəsində fikirlərimi atüstü tamamlamaq üçün onun çox maraqlı şeirlərindən biri olan və o şeirlərdə qaçqın şairin yaşamını oxucuya çatdıran ştrixlərə üz tuturam. Xosrov yazır ki:

Adım qaçqınlıq-köçkünlük yazıb,

Bəlkə də yazdığım üçgünlük yazıb,

Mənim bu şəhərdə nə gorgah qazıb,

Nə ev qaralamaq qismətim deyil,

Hələ qeydiyyatsız yaşayıram mən.


Mən bir üzüyola kənd uşağıyam,

Mənim bu şəhərdə neçə yaşım var,

Mənim uşaqlarım şəhər uşağı,

Özüm kən uşağı, kənd uşağıyam.


Və yaxud:


Adam ovuna çıxıb,

bu gün dənizdə qasırğa var

dalğa-dalğa şir bətni,

torpağa yerikləyir hamilə dəniz

qumların üstünə qalxır ləpələr

ölü balıq kimi ağarır

qırmızı qərənfillər

Bir çimdik torpaq atın

göy sularən üstünə -

gözü dolusu görsün barı

Şuşanı... Zəngilanı.

İşğal olunmuş bir çimdik qara torpaq

kimdə var...hanı?


Gəlin düşünək və hərəmiz öz bildiyimiz kimi yozaq bu şeirləri... onun qatlarına özümüq enək... Kimsə əlimizdən tutmasın... yol göstərməsin... Hərəmiz öz ağlımızla, öz baxış bucağımızla Xosrov Natilin şeir dünyasının qapısından keçək içəri... Mənə elə gəlir ki, o qapı əsl oxucuların üzünə həmişə açıqdı!..

Hə, qarda, sənə də bu kitaba görə, bir atüstü təşəkkür! Kitabı birlikdə oxumağa yəqin zamanımız olacaq.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK