viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Biganəlikdən quruyan qəhrəman bulağı Adalet.az | Biganəlikdən quruyan qəhrəman bulağı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Biganəlikdən quruyan qəhrəman bulağı

4355    |   2019-08-03 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay özünü göstərməyə başlayıb. Artıq bir neçə gündür ki, gözlədiyimiz istilər can yandırır. Bu isti havalarda ən çox istifadə etdiyimiz sərinləşdiricilərdən biri və əsası sudur. Ümumiyyətlə belə istilərdə hər kəsə məsləhət görülür ki, gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etsinlər. Bu gün dükanlarda satılan suların qiymətlərinə baxsaq və bu qiymətləri də ayın 30 gününə vursaq belə məlum olar ki, ailə büdcəmizin bir xeyli manatını suya verməliyik. Evdə bu xərci azaltmaq olur. Şəhərimizin bir yerinə gəzməyə çıxdınsa və yaxud yolda susuzluq səni bir dükana saldısa xərcdən qaçmaq mümkün deyil. Özü də suyu neftindən baha olan məmləkətdə. 

İnsafən demək lazımdır ki, paytaxtın elə gəzməli yerləri var ki, ora su çəkilib, bulaqlar yaradılıb və insanlara pulsuz su içmək imkanı verilib. Lakin elə yerlərimizdə var ki, oralar bu savablıqla təmin olunmayıb. Elə yerlərdə var ki, bulaq var amma suyu yoxdu. Yəni bulağin yan yörəsinə əməlli başlı maya qoyulsada bulaqdan su gəlmir. Belə bulaqülardan biri Yasamal rayonunda yerləşir. Yasamal rayonu Hüseyn Cavid küçəsi 16-da yqrləşən Rasim bulağıdır. Ölkəmizin Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun adına inşa edilmiş bu bulaqda su yoxdur. Kimsə bulağın suyunu qurudub. Və kiminsə də marağı yoxdur ki, bu bulağın suyunu bərpa eləsin. Əlimizdən başqa nə gəlirki? Bunu kimin adı ilə bağlayasan bilmirsən. Fikrimcə bu su mafiyasının işidir. Şübhələndiyim yalnız onlardır. Qurudurlar ki, rəngli, qazlı sularını millətə sırısınlar.

Bu yerdə bir haşiyəyə çıxım. Paytaxtın sulu təpə adlanan yerində, yol kənarlarında şollar suyu axan bir neçə bulaq var idi. Yolla gedən də görürdün ki, camaat maşınını saxlayıb burdan qablarına su doldurub daşıyırlar. Daşıyırlar ki, evlərində arada normal da su içə bilsinlər. Axı "krant”larımızdan gələn su içməli deyil. Sonra hansısa qüvvə bu bulaqları bağladı. Bunu ancaq su mafiyası edə bilər. Başqasının suyla nə işi?

Haşiyədən qayıdım qəhrəman bulağına. Hazırda bulağa demək olar ki, bitişik kənd təsərrüfatı nazirliyinin "kənddən şəhərə” adlı yarmarkası fəaliyyət göstərir. Bizə müxtəlif çeşidli kənd təsərrüfatı mallarını təqdim edən bu yarmarkada qiymətlər elə digər bütün dükanlardakı qiymətlərlə demək olar eynidir. Bu səbəbdən də yarmarkada alıcı elə də gözə dəymir. Sözsüz ki kənd təsərrüfatı nazirliyinin məsul əməkdaşları bu yarmarkanı burda açanda suyu qurumuş bulağı görüblər Bu boyda üstü məqbərəli bulağı görməmək mümkün deyil. Bunu həm onlar, həm də Yasamal rayon icra hakimiyyətinin məmurları sözsüz ki görüblər.

Bütün bu məmurlardan kimsə o bulağın suyunu azacıq vaxt ayırıb, əziyyət çəkib, can yandırıb bərpa etsəydilər inanın ki, cammatın duası o yarmarkaya edilən duadan heç də az olmazdı( Əgər yarmarkaya dua edirlərsə.). Onlar belə bir savab işi görsəydilər elə bulağın bu biri tərəfində yerləşən "Space”-də həm məmurları, o cümlədən, həm də suyu axan bulağı çəkib tərif edərdi. Camaatımızda bulağın sərin suyundan içib canınıza dua oxuyardı. Milli qəhrəmanın da ruhu şad olardı.

Vallah çətin deyil. Bəlkə bir səy göstərəsiniz?


Nicat Novruzoğlu




İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK