Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Görünən hər şey mənəm” - MÜSAHİBƏ Adalet.az | “Görünən hər şey mənəm” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

Türkiyəli yazar Kövsər Yaşıldaşla Ayişə Nəbinin növbəti söhbəti

18556    |   2019-07-30 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)


KÖVSƏR YAŞILDAŞ

Türkiyəli yazar Kövsər Yaşıldaş mistisizm, ezoterizm və ilahi eşqi tərənnüm edən əsərlərin müəllifidir.Onun maraqla qarşılanan kitabları əsrlərdən bəri nəsildən nəslə ötürülən əbədi bir missiyanı davam etdirərək, bu günün kvant fizikasının köməyi ilə qədim gizli elmi, ilahi sirləri açıqlayır.

Kövsər Yaşıldaş, 12 May 1971-ci ildə İzmirdə doğuldu. 28 il özəl sektorda Qrafik Tasarım və Rəng Ayırma vəzifəsində çalışdı. Ən son Uluslararası Flekso Tesisləri Basqı Ambalaj sektorunda idarəetmə vəzifəsini yerinə yetirdi vəelə oradan da təqaüdə çıxdı. "İndiqo”dərgisində yazıları yayımlanır və müxtəlif qəzetlərdə köşə yazarlığı ilə məşğuldur.

2010-cu ildən bəri kitab yazmaqdadır. Əsərləri elmi-kütləvi, təsəvvüf ədəbiyyatı, fantastik hekayə, türk romanı və uşaq-gənçlər üçün hekayə kitabları kateqoriyasına daxildir.

Müəllifi olduğu kitablar:

1-Kvantgizli öyrətisi / Avqust, 2010
2- Ən-əl Haqq Həllac-ı Mansur / iyun, 2011
3- Batini Mövlana / sentyabr, 2011
4- İşıqəri- Hacı Bəkdaş Vəli / yanvar, 2012
5- Arif üçün din yoxdur / iyul,2012
6- Eşqə varınca qanadı kim arar / yanvar, 2014
7- Sənin adın eşq / oktyabr, 2015
8- Ledün elmi HAYY / iyul, 2015
9- Sufi Öyrətisi "Quşların dili”/ iyul, 2016
10- Tor / oktyabr, 2016
11- Visaiti Thri / dekabr, 2016
12- KA'yıb / yanvar, 2017
13- UTHRA "Qurtarılmış Qurtarıcı" / May, 2017
14- Kvant fizikası vəfəlsəfəsi / May, 2017

15- İşarətli cocuklar "Atlanta”

16- Batini qapılar "Hüruf”

1.Dəyərli Kövsər xanım, kitablarınızda gizli bir öyrətidən (elm-təlimdən) söz edilir.Bu gizli öyrəti nədir?

Kövsər Yaşıldaş:Gizli öyrətilərin kökü, on minlərlə il öncəyə gedən, çox möhtəşəm bir bilgi almabilgi ötürmə sisteminə bağlıdır. Bu sistem sufizmin önəmli təməl daşlarından biridir. Sufizmin içində,özünəməxsus bir üslubla, Batıni Öyrətinin (Gizli Öyrətilər) sirlərinin nəsildən nəsləötürülməsindəariflərin çox önəmli bir funksiyası olmuşdur. Gizli Öyrətilərdə, sirlərin demək olar ki, heçbiri açıqşəkildə dışarıya sızdırılmamışdır, amma bu bilgilər incə- incə sözlərin içinəgizlənmişdir, bu sözlərləqarşılaşanlar, çox vaxt böyük bir çaşqınlıq içindəqalırlar. O sözləri anlamağa çalışanlar, o sözlərin içində gizlənən əsil anlamlarla üz-üzə gələ bilmişlər, ancaq beləanlamağa cəhdetməyənbir çoxarifi dindənkənar olmaqla, dindən çıxmaqla günahlandırmışlar.

Gizli Öyrətiləri anlayabilmək üçün, batıni öyrətinin bir çoxsahələrini öyrənmələri gərəkdir. Ariflərin tək bir sözündə belə çox dərin batıni sirlər üstü örtülü bir şəkildə durmaqdadır. Tək bir sözün içində dinlərləbağlı çox önəmli bilgilər gizlidir. Gizli Öyrətilərə aid sözlərin dərinliklərinəenildikcə, dinlərin əslində nə olduğu da indikindən çox daha fərqli bir şəkildə alqılanabiləcəkdir. Çünki günümüzdə hələ də dinlər, batini yönləriylə deyil, zahiri, yəni dış görüntüsü şəkliylə geniş xalq kütləsinə öyrədilməyə davam edilir. Xalq, məlumatı olmayaninsanlar bu sözlərin anlamını qavrayammaz. Hətta dilə də gətirəmməz. Bu cümlələrin anlamını ancaq açıq şüurlular anlaya, eləcə də uyğun şəkildə ötürə bilər.Qısaca, bu elmlər xalqa simvollaşdırılaraq və üstü qapalı anladılır. Bax, bu üstü qapalı və simvollaşdırılaraqötürülən bilgilər Gizli Öyrətiləradı ilə bilinir.

2. Bu öyrətini, gizli elmi necə əldə etdiniz? Və ya necə öyrəndiniz?

Kövsər Yaşıldaş:İlk başda vurğulayaraqonu deməliyəm ki, Gizli Elm aramaqla bulunmaz, istəməkləəldə edilə vəkitablardan öyrənilə bilməz. Kitablar, Gizli öyrətilər haqqında səthi bilgi ötürə bilir. Oxuyanlara bir yol və ya bir işarət göstərə bilir.

Gizli elmləri idrak edə bilməsi vəqavrayabilməsi üçün, insanın haqq edişi və üstün ləyaqəti-qabiliyyəti olması çox önəmlidir. Bu haqqediş, haqq etmək ilə bağlı deyildir. Haqq etmək ilə Haqq ediş anlayışları fərqlı mənalardadır. Haqq ediş İlahi bir qanundır. İnsanın, sadəcə bir həyat deyil, həyatlar (dövrlər) boyunca əldə etdiyi sonsuz təcrübələrin öz-qavram (əsas anlayış) halına gəlməsi vəözünün də bu özü-mahiyyəti yaşamına tətbiq etməsidir.Elə buna görə də Gizli elimlər elə kitabi bir bilgi deyildir. Haqq ediş və ləyaqət içində olan insanın bir yaşam şəklidir. Hansı həyatında və o həyatının hansı zaman dilimində bu haqqediş iləqarşılaşacağı, bunu bir yaşam tərzinəçevirəcəyi bilinməzdir. Buna görə də "aramaq”, "gözləmək”, "arayış” daima davam edəcəkdir.

Mən gizli elmiəldə etmədim və ya öyrənmədim. Kitabları yazmıram, mənim bu həyatımda və bu həyatımın bu zaman dilimində, haqqediş içindəolduğum, ləyaqətinə vardığım bir durumdur. Mən bu durumu yazıya tökərək ötürdüm və bu yazıları kitablaşdırdım.

3.”Nə günəş aya yetişə bilir, nə gecə gündüzü keçə bilir” (Yasin,36/40).Gerçəkdən də ilahi sir nəəl çatmayacaqqədər gizli, nə də hər kəsin əlinin çatacağı qədər aşkardır.Sizin kitablarınızda bu İlahi Sirrin əsintilərini görməkdəyik. Sizə Sirri açıqlayın deyə bilmərəm, amma onu biraz anladabilərsinizmi?

Kitaplara yazdığım hər sətir dərin hissiyatımın, iç dünyamın, fərqliölçülərdəki yolçuluqlarımın məhsuludur. Bəhs etdiyim hər Vəli, özünün Sonsuz Qaynağından bir işıqşüasıkimi axdı və dərin iç dünyamı doldurdu. Bir də röyalar kanalı, ilham kanalı ilə dəmən bu simvolik bilgiləri, başa düşüləcək bir şəkləçevirdim və kitablaşdırdım. Təsəvvüf bilgiləri bazası olmayan bir insanam. Bilimsəl düşünən, hər şeyə elmi yanaşan bir düşüncə tərzim var. Peşəm qrafika sənətidir. Yəni hamıkimi. Lakin ilhamlar gəldiyi zaman o dünyasal Kövsərdən əsər-əlsmətqalmır, başqa bir Kövsər ortaya çıxır. Bəhs etdiyim vəlilərin dəhər birinin ayrı bir səsi, ayrı bir qoxusu, ayrı bir üslubu, ayrı bir tərzi var. Hər bir hissedişi də mən olduğu kimikitablara ötürdüm.

3.Allah batinində zahirdir deyilmişdir, bizə şah damarımızdan daha yaxın olan Allahı göylərdə aramaqla nələri tapır, nələri itiririk?

Kövsər Yaşıldaş:Allah ucaQuranda, "Həm Batinəm,həm Zahirəm” demiş olsa da, heç kim bu ayətəfikir vermir,əslində. İnsan ağlı, Allahın, sadəcə,batin (görünməyən) yönünü araşdırıb, göyüzündə bir yerə layiq görür və orada qalması üçün dəardıcıl olaraq buna bəhanələr, qanunauyğunluqlar tapmağa çalışır.Çünkü bu,əldə etməninən asan yoludur. Allah göyüzündədir və insanlar da bu baxımdan rahatdırlar.Necə olsa da göyüzündən etdiklərini görə bilməz. Buna görə dəqətliamların və aclıqların heç sonugəlmir.

Lakin Allah "Zahirəm” deyə də buyurmuş. O zaman hər yerdə olduğunu da bilmək gərəkdir. Həllac-ı Mənsur bunu çox gözəl ifadə etmişdir. "Allah Musaya bir ağacdan danışdı. Bir ağacdan danışan Allaha inanırsınız da, şərəfli məxluq olan insandan danışan Allaha niyə inanmırsınız?” Bu çoxheyrətedici bir ifadədir. Əvvələr dərvişlər yeriyərkən bəzən ayaqları havada qalırmış. Tam ayaqlarını basacaqları yerdən Rəblərinin göz qırpdığını gördüklərində heyrətə düşərmişlər.

Rəbb hər zərrəyə möhrünü vurmuşdur. Atomaltı zərrələrdən tutun da tagalaksiyalaraqədər. Canlı cansız olan hər yerdə Rəbbin möhrünü görmək mümkündür.

Allahın göyüzündə olduğu inancı, çoxqədim bir ənənədir və bunun keçərliliyi son zamanlarda yox olmağa üz tutmuşdur. İnsanların zehinləri dəyişir,dəyişdikcə də yenilənir vəçevrilir. Artıqgöylərdənyerəendi. Yəni aramızdadır. Bizimlədir. Bir ayətdəbelə deyir "Siz hardasınızsa, mən sizinləyim” (Hadid surəsi, 4-cüayət)

4.Mənsur Həllac"ənəl haqq” dedi, edam olundu, tarazlıqtəmin olundu.Siz isə Həllac bir cümlə ilə Kvantdüşünsəsinin başlanğıcını yaratdı, demisiniz. Buna biraz açıqlıq gətirə bilərsinizmi?

Kövsər Yaşıldaş:Hələ orta məktəbdə oxuyarkən İzafiliknəzəriyyəsinin iş prinsipini çözmüşdüm. Albert Eynşteynə heyranlığım vardı. İllər sonra Həllac-ı Mənsurun kitabını yazacağım zaman hissetdiyim ilhamlar, əslində bir gerçəyə işıq tuturdu: Ənəl haqqqavramı, KvantQanunu iləüst-üstə düşür.

Kvantkainatında bir qopma, bir ayrılmadan söhbət gedə bilməz. Hər şeyin özü-mahiyyəti atom və atom altı dünyasında gizlidir. Atomaltı dünyası, qətiyyən olmayan bütünsel bir yapı-quruluş təşkil etmişdir.

Kvant dünyasında ayrılış, ayrılmaq,qopmaq imkansızdır. Bir atomu parçalarından ayırsanız da, atomun çəkirdəyinəedilən bir müdaxilə, digər parçalarının da eyni müdaxiləyə uğradığını isbatlamışdır. Bu da hər parçanın bütündən ayrı olmadığını, qopmadığını, görünməz bağlarla ən yüksək səviyyədə enerjilərlə bağlı olduğunu isbatlamışdır.

Hələ Kvant Qanunu ortaya çıxmamışdan, Həllac-ı Mənsur "Ənə’l Həqqsözü ilə"Görünən hər şey mənəm” demişdir.Qısaca "Zahir olan Tanrı, Mən’dən işlevdədir, məndə təzahür edir” anlamına gəlir. Bu O Mən kəliməsi, Kainatın Özü-mahiyyətidirdir. Kainatın özü-mahiyyəti dətək vəbənzərsizdir.

Ənə’l Həqq vurğusundakı Ənə kəliməsi Allah yolunda olan bir ruh üçün işlədilir. Əgər ənə kəliməsini bədənsəl "mən” olaraq düşünsək, yüksək eqo boyutuna girərik. Bu da fironlaşan bir mənlik anlamını daşıyır. Qısaca, Mən Tanrıyam! Mənə tapının anlamına gəlir. Lakin Həllac-ı Mənsur, Ənə’l Həqq kəliməsini söylərkən, yüksək eqodan çox daha üst boyutda bir bilinç-şüur yaşamaqdadır. Bu bilinç, ruhunun, ölmədən Allaha çatması üçün etdiyi çağrışa gələn cavabdır.

Mən Haqqam deməsi, Haqqmənim surətimdə göründü, ya da mən Haqq surətində göründüm anlamını daşıyır. Bənzərsiz və tək olan Tanrısal boyut bilincində, qəlblə söylənmiş, gizli bir sözdür.

Ənə’l Haqq sözü, Haqq adının insan beynində açılımını, insanın bilincindəki rezonansı, bütün bədən hüceyrələrindəki tanrısal açılımın ortaya çıxmasıdır.

5.”Sorğu sual varsa Eşqdə deyilsən”.Amma hər dildə eşq bir başqa rəngdədir.Sizin vardığınız məqamda Eşqəlinizdən necə tutdu, Eşq sizə gerçəyi alqılamaqda öyrətmən oldumu heç?

Kövsər Yaşıldaş:Mənim əlimdən Həllac-ı Mənsur tutdu. Onu ruhumda dərindən hissetdim. Bir ay beynimin içində həbsoldu və orada mənə gerçək Eşqi öyrətti. Bunu əsla inkar edə bilmərəm. Ən böyük Eşq üstadı Həllac-ı Mənsurdur vəmən onun gerçək sevgisinəşahid oldum.Mənim öyrətmənim oldu Eşq.

"Sizin çatdığınız məqamda” deyə bir cümlə var sualınızda.Məsələ belədir ki,bu dünya üstündə, məqamlara çatan adamlar, məqamlara çatan adamların anlatdıqlarını eşidənlər vəməqamlara müşahidəçi olaraq şahid olanlar vardır.

Sanıram ki, mən üçüncü kateqoriyadayam. Kitablarını yazdığım vəlilərlə, məqamlara doğru yolçuluqlar etdim, müşahidələr apardım və onları bir-bir kitablarıma ötürdüm. Oralarda sualların birmənalı şəkildə yox olduğunu gördüm. Tam bir Eşq içində isən, demək sualın yoxdur.

Mən müşahidə edən bir insanam. Yəni gözləmçi-müşahidəçiyəm. Bunu mənə bəxş etdiyi üçün də uca Rəbbimə hər an şükr edirəm.

-Kövsər xanım, bu maraqlı və məna yüklü cavablarınızla ruhumuzun üfiqini bir az da aydnlandırdığınız üçün sizə çox təşəkkür edir və bu ağır, əbədilik sevdası yolçuluğunuzda sizə bol ilham, sonsuz Eşq arzu edirəm.

Kövsər Yaşıldaş:Bu üstün və gözəl suallarınıza məmnun oldum. İnanın, bu günə qədər mənə verilən ən qiymətli və ən çətin suallardı. Çox bəyəndim və ilham axdı. Kaş ki, hərkəs belə ərdəmli suallar verə biləydi. Bu suaları verə bilməyiniz, sizin əldə etdiyiniz bilgi və idrak səviyyənizin nə qədər yüksək olduğunu göstərir. Sizi gerçəkdən könüldən təqdir etdim.Suallarınız üçün sonsuz təşəkkür edirəm. Hər kəsə iş avandlığı diləyirəm.

-Sağ olun, maraqlı cavablarınız ən təşəkkür edirəm.


Davamı var...




İmza:

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

Elman Rəfiyev: "O aktyora normal baxmıram" - MÜSAHİBƏ

Samir Mustafayev: Ürək xəstəlikləri səbəblərinin aradan qaldırılması insanın öz əlindədir

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK