Füzulidə iki maşın toqquşdu - 3 ölü
Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a bildirilib ki, qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.
Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
İdarə sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.
Digər Xəbərlər
14 Noyabr 2026 09:00
Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
13 Noyabr 2026 23:00
Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO
13 Noyabr 2026 14:10
Motosikletlə məktəblini vurub qaçdı
13 Noyabr 2026 13:42


Bakı -°C

