“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
İtaliya Məlumatların Mühafizəsi Orqanı “Facebook” tətbiqinin “Android” istifadəçilərinin telefon qalereyalarındakı foto və videolara icazəsiz daxil olmasına görə “Meta” şirkətini 805 milyon avro məbləğində cərimələyib.
Adalet.az xəbər verir ki, qurumun açıqlamasında qeyd olunub ki, İrlandiyada yerləşən “Meta” şirkəti istifadəçilərdən xüsusi icazə almadan və onları lazımi qaydada məlumatlandırmadan cihazlarda saxlanılan foto, video və digər əlaqəli məlumatlara çıxış əldə edib.
Qurum həmçinin şirkətə icazə tələb etməyən bu funksiyanın 60 gün ərzində tamamilə deaktiv edilməsi barədə göstəriş verib.
Məlumata görə, tətbiq edilən sanksiya 2023-cü ildə istifadəyə verilən “Facebook”da gəzərkən qalereyanızdan təkliflər alın” funksiyası ilə bağlıdır. Sözügedən funksiya ilə əlaqədar araşdırmaya 2025-ci ilin iyul ayında Bolzano İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən edilən şikayətdən sonra başlanılıb.
Tənzimləyici qurum cərimə məbləğinin müəyyənləşdirilməsi zamanı İtaliyada təxminən 20 milyon “Android” istifadəçisinin bu vəziyyətdən zərər çəkməsini, pozuntunun davam etmə müddətini, şirkətə qarşı 2019-cu ildə görülmüş əvvəlki tədbirləri və araşdırma gedişatında əməkdaşlıqdan yayınmanı nəzərə aldığını vurğulayıb. Açıqlamada cərimə məbləğinin şirkət qrupunun qlobal dövriyyəsinin təxminən 0,47 faizinə bərabər olduğu bildirilib.
Digər Xəbərlər
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27


Bakı -°C

