Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
Türkiyəli model və aparıcı Çağla Şıkel 11 saat qaranlıq otaqda tək qaldığı təcrübədən danışıb.
Adalet.az xəbər verir ki, "Qəlbin gözünü açmaq" məqsədilə təşkil olunan xüsusi inzivaya qatılan Şıkel bu təcrübəni uzun müddət özü ilə baş-başa qalmağa ehtiyac duyduğu üçün yaşamaq istədiyini bildirib.
11 saat boyunca işıqsız otaqda tək qalan model qapı bağlandıqdan sonra ürəyinin sürətlə döyünməyə başladığını deyib. O, həmin an özünə "Daha əvvəl düşünmədiyim nələri düşünməkdən qorxuram ki, ürəyim belə döyünür?" sualını verdiyini söyləyib.
Çağla bu təcrübənin ona təsirindən danışarkən "Bir gün hər kəs özü ilə baş-başa oturacaq. Bunun başqa yolu yoxdur" sözlərini də əlavə edib.
Şıkel bu barədə Sinan Cananın "Açık Beyin" proqramında danışıb. (Axşam.az)
Digər Xəbərlər
14 Noyabr 2026 23:31
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
14 Noyabr 2026 20:41
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
14 Noyabr 2026 15:36
"Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
12 Noyabr 2026 13:32


Bakı -°C

