Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək Adalet.az | S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

S-400-lər Türkiyə iqtisadiyyatına baha başa gələcək

8401    |   2019-07-15 11:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) "BB” səviyyəsindən "BB-” səviyyəsinə endirib.

Bu barədə danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, qurumun reytinq üzrə proqnozu da "Mənfi”dir:

"Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir”.

Ekspert deyib ki, "Fitch” təşkilatının qərarından sonra bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir:

"Okeanın o tayında sanksiyalarla bağlı qərar qəbul edilərsə, bu, Türkiyə iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər. Əvvəlla, "Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. ABŞ sanksiyaları isə yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər.

Sanksiyalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndirəcək”.

İqtisadçı qeyd edib ki, sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər ki, bu xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq:

"2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13.2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib.

Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox- 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoluşunda çəkisi azalsa da Asiya ölkələrinin töhvəsi 12 faizdən 27 faizədək yüksəlib. ABŞ sanksiyalarından sonra Qərb ölkələrinin xarici sərmayə portfelində payının daha azalacağı istisna edilmir. Sanksiyalar qəbul olunursa və uzun müddət qüvvədə qalarsa o zaman Türkiyədə daşınmaz əmlakın da dollar ifadəsində qiymətinin azalacağı gözlənilir”.(modern.az)




İmza:

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK