Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu Adalet.az | Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell-in dəstəyi ilə keçirilən “Seedstars Baku 2019” müsabiqəsinin qalibi bəlli oldu

7340    |   2019-06-29 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında keçirilən ”Seedstars World” müsabiqəsinin yerli seçimləri baş tutdu. "Hyatt Regency” otelində təşkil olunan yarışmada münsiflər heyəti qarşısında öz layihələrini təqdim etmək üçün dəvət olunan 7 startap sırasından "Wexplain” qalib seçildi.

Məlumat üçün bildirək ki, "Wexplain” qərarlar qəbul olunması və ya məlumat mübadiləsi üçün toplantı təşkil etmək ehtiyacını azaldacaq yeni qurulmuş onlayn bir platformadır. Təklif etdiyi innovativ və davamlı həll sayəsində qalib gəlməyə müvəffəq olan bu startap Azərbaycanı 2019-cu ilin dekabr ayında Qazaxıstanda keçiriləcək "Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, 2020-ci ilin aprel ayında İsveçrədə baş tutacaq "Seedstars World” yarışmasına qatılmaq, bununla da, "Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq.

Tibb elmləri sahəsində araşdırmalarla məşğul olan şəxslər üçün dərmanların təftiş məlumatlarını strukturlaşmış formaya salaraq, statistikanın aparılmasında yardımçı olan tətbiq təklif edən "APDVoice” müsabiqədə ikinci yerə layiq görüldü. Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan ağıllı tullantı toplanması sistemini təklif edən "WASCO” startapı isə üçüncü pillədə qərarlaşdı. Məlumat üçün bildirək ki, "Eleven Kings”, "Owbike”, "Real English” və "Senmur” yarışa dəvət olunan startaplar sırasında idi.

Qeyd edək ki, "Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, "Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısı qismində çıxış edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

"Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

"Azercell" “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirdi

SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK