deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Binəli Yıldırımın suçu nə? - Mehman CAVADOĞLU yazır Adalet.az | Binəli Yıldırımın suçu nə? - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Binəli Yıldırımın suçu nə? - Mehman CAVADOĞLU yazır

8170    |   2019-06-25 10:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstanbul sevdalı birisi olduğu üçün İstanbul onun üçün vazkeçilməz idi. Təkcə burda doğulduğu, böyük siyasətə məhz bu şəhərin qoynundan atıldığı üçün yox. İstanbul Osmanlı imperatorluğunun paytaxtı olduğu üçün həm də onun ideallarının təcəssümü idi. Ona görə də bütün çılğınlığına rəğmənpraqmatizmi, gəlir-çıxarları düzgün tutuşdurmaq bacarığı qibtə doğursa da, İstanbula münasibətdə təmkinini qoruya bilmirdi. Tale də elə onu burda, ən zəif nöqtəsində, İstanbulda yaxaladı, burda ilişdirdi.

Yaxın silahdaşlarından biri Ərdoğanın xarakterini incələyərkən belə bir kəlmə işlədib: qafasına bir şey girdisə, onu hökmən etməlidir. Bunun bir adı inadkarlıqdırsa, ikinci adı kəclikdir. Birincisi uğur gətirirsə, ikincisi "23 haziran olur”. Bu günün çağdaş Türkiyə siyasətindəki rolu və yeri barədə dartışmalar hələ çox uzun sürəcək. Çünki həmin gün qardaş ölkənin tarixinə sıradan bir bələdiyyə seçkisi kimi yox,yeni əsrin əvvəlindən başlayaraq "bir aktyorun teatrı” halına gəlmiş çağdaş türk siyasətinin "sınma nöqtəsi” kimi düşdü.

Demokratik ölkələrdə bələdiyyə seçkiləri həm də iqtidar partiyası üçün bir test rolunu oynayır. Bu seçkiləri uduzan hakim partiya xalqın etimadını itirdiyi üçün hökumətdən istefa verərək yeni seçkilərə gedir. Türkiyə müsəlman şərqinin ən demokratik ölkəsi olsa da, oturuşmuş demokratiya ənənələrindən xeyli uzaqdır. Orda belə addımlar atmağa hazır siyasətçi nəslinin yetişməsinə hələ illər qalıb. Üstəlik, indiki halda bunun üçün formal əsaslar da yoxdur. Çünki hakim partiya bütün böyük şəhərləri uduzsa da, bütövlükdə ölkə üzrə seçkilərdən qalib çıxıb, yəni xalq etimadını itirməyib.

Amma bir var böyük şəhərlər, bir də var İstanbul. Onu Türkiyənin, istanbulluları türk xalqının fövqünə qaldıran da məhz Ərdoğan oldu. "İstanbulu qazanan Türkiyəni qazanar” – bu onun ən çox sevdiyi ifadələrdən biriydi.Bu məntiqlə hakim partiya bütün Türkiyəni uduzub və deməli, xalqın etimadını itirib. Ancaq istefa olmayacaq, bunu heç AKP-nin opponentləri də tələb eləmir. Çünki belə bir ənənənin türk siyasətinə ayaq açmasının uzun bir zamana ehtiyacı olduğunun fərqindədirlər.

Qələbə üçün bir səs kifayət eləsə də Əkrəm İmamoğlunun 31 martdakı səs üstünlüyü yetərsiz sayıldı.Nəticədə 14 minin altında olanfərq 23 iyunda 800 minə yaxınlaşdı. Yüksəlişi də, enişi də sıçrayışlarla müşayət olunan Binəli Yıldırım keçən dəfəki kimi bu dəfə də ekranlarda çox erkən göründü. Keçən dəfə qələbəsini elan eləmək, bu dəfəsə rəqibini təbrik etmək üçün. Ancaq hər ikisində eyni ovqatda idi. O, AKP başqanının ən sadiq və ən üzüyola tərəfdarlarından biri sayılır. Elə indi də özünün yox, şefinin ambisiyalarına qurban getdi. Siyasət elə bir şeydir ki, burda hədsiz sədaqətin də bədəli ağır olur.

23 iyun seşkilərindən təkcə CHP yox, həm də MHP qalib çıxdı. Əgər Binəli Yıldırım qalib gəlsəydi artıq neçə illərdir siyasi mövcudluğunu AKP-yə sığınmaqla qoruyan MHP və onun lideri hakim partiya üçün öz cazibəsini təmiz itirəcəkdi. Çox güman ki, hakim partiya Türkiyənin fövqündə gördüyü İstanbul kimi bir meqapolisin bələdiyyə başqanlığına siyasi alver naminə də olsa bir namizəd çıxara bilməyən MHP-ni seçkilərin yekunlarını istədiyi tərəfə dəyişdirmək gücündə olan HDP-lə əvəzləyəcəkdi. Və onda müttəfiqlərin indiki sıralamalarında ya D.Baxçalının şəkli yerli-dibli görünməyəcək, ya da ən azından A.Ocalanın şəkili ilə yerini dəyişəcəkdi. İki millətçinin Türkiyə mətbuatında yanaşı dərc olunmuş şəklindən söhbət gedir. Çoxları da elə bilir ki, siyasətdə əbədi dost olmur, əbədi maraqlar olur kəlamının əməllərindən olmasa da ağzından daim od tökülən millətçilərə heç vaxt dəxli olmur.

"İstanbulu qazanan, Türkiyəni qazanar”. Bu, Ərdoğan üçün təkcə gəlişi gözəl söz deyildi, bu onun siyasi karyerasının imperativi idi.Elə ona görə də həmin sözün ucundan tuta-tuta bir şəhər bələdiyyiə seçkisini bu qədər siyasətləşdirərək onu ölkənin bir nömrəli siyasi gündəminə çevirdi. Neçə illərdir siyasi lider böhranı yaşayan qarşı tərəf üçün bu lap göydəndüşmə oldu. Əkrəm İmamoğlunun seçki sonrası çıxışı da bir bələdiyyə başqanı çıxışı deyildi, yeni bir seçki platforması idi. Bu çıxışdan sonra qarşı tərəf, çətin ki, artıq özü üçün məşum bir röyaya çevrilən həmin deyimi bir daha təkrarlasın.

Ancaq bunlar hamısı gələcəyin işidir, çünki İstanbul Böyük Şəhər Bələdiyyə Başqanlığına saysız qalmaqallarla müşayət olunan seçkilər hələlik başa çatıb. Ona görə "hələlik” ki, bu seçkilərin bundan sonra da bitməcəyinin, xəmirin hələ çox su aparacağının anonsunu R.T. Ərdoğan hələ bir neçə gün bundan qabaq vermişdi. Seçkilərdən sonra İstanbul valisinə həqarət səbəbindən Əkrəm İmamoğluna qarşı məhkəmə davasının açılacağını bildirən cümhur başqanı bir az da uzağa gedərək özünün həmin postda işləyərkən yaşadığı acı taleyi xatırlatmış, bununla da dolayısıyla məhkəmədən hansı qərarı gözlədiyinəişarə vurmuşdu. İndi qalır onun öz sözünü tutmasına. Maraqlı gediş olardı. Axı, Hegelin məşhur ifadəsinə inansaq tarix iki dəfə təkrar olunur. Birinci dəfə faciə, ikinci dəfəsə məzhəkə şəklində...





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK