hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | “Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi Adalet.az | “Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Kaspersky Lab” yeni brendinq və loqosunu təqdim etdi

13894    |   2019-06-07 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyirmi ildən artıqdır ki, "Kaspersky Lab” dünyanı kibertəhlükələrdən qoruyur, istehlakçılara ən yaxşı müdafiə həllərini təqdim edir. Lakin, qloballaşma və rəqəmsallaşma dünyanı dəyişib və biz artıq antivirus laboratoriyası deyilik. Biz, əsasında qabaqcıl yeniliklər, çoxillik təcrübə və kibertəhlükələrin yüksək səviyyəli təhlili duran, geniş innovasiyalı portfeli və xidmətləri olan qlobal texnoloji liderə çevrilmişik.

Bizim rebrendinq bu dəyişiklikləri özündə əks etdirir. "Biz təhlükəsiz dünya qururuq" - yeni loqo və yeni missiya gələcəyi daha etibarlı və şəffaf etmək arzusunu vurğulayır. Bu texnologiyalar hər kəs üçün sonsuz imkanlar açır, çünki biz onların qorunmasını təmin etmişik.

Rebrendinq - biznes strategiyamızın dar kibertəhlükəsizlik sahəsindən başlayaraq geniş konsepsiyalı "kiberimmunitetin" qurulmasına qədər təkamülün məntiqi mərhələsidir. Müasir dünyada texnologiyalar insanları birləşdirir və sərhədlər aşır, artıq dünyanı onlarsız təsəvvür etmək mümkün deyil. Buna görə də, kibertəhlükəsizlik ancaq fərdi qurğuların və platformaların qorunmasını deyil, şəbəkəyə çıxışı olan rəqəmsal qurğuların şərtsiz qorunmasını təmin edən ekosistemin yaradılması deməkdir. "Kaspersky Lab” bu dəyişikliklərin mərkəzindədir və sənayenin ən vacib oyunçularından biri olaraq, ümumi gələcəyimizi müəyyən edəcək yeni yüksək standartlara uyğun kibertəhlükəsizliyin inkişafında fəal iştirak edir.

"Biz şirkətin əsasını 22 il öncə qoyduq. O zamandan bəri həm kibertəhdidlərin mənzərəsi, həm də sənayenin özü çox dəyişib. Həyatımızda texnologiyanın rolu sürətlə artır. Bu gün dünyaya yaxşı antivirusdan daha çox şey lazımdır. Rebrendinq bizə bu yeni tələblərə cavab verməyə hazır olduğumuzu bildirməyə kömək edir. Dünyanı kiber təhdidlərdən qoruyan nəailiyyətlərimizdən istifadə edərək, kiber təhlükələrə qarşı davamlı bir dünya qura bilərik. Hər kəsin texnologiyaların imkanlarından istifadə edə biləcəyi bir dünya", – bunu "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperskiy rebrendinqi şərh edərkən deyib.

Rebrendinq çərçivəsində "Kaspersky Lab” əsas dəyərlərini və missiyasını daha yaxşı ifadə etmək üçün vizual stilini yeniləyib. Loqonun üzərində yazılar həndəsi, dəqiq riyazi hərflərlə hazırlanıb - bu, "Kaspersky Lab” şirkətinin başlanma tarixindən indiyə kimi davam edən yüksək mühəndislik ruhu və səviyyəli proqram təminatının yaradılmasını əks etdirir. Həmçinin loqoda "lab” sözü artıq yoxdur.

"Kaspersky Lab” şirkətinin Rusiya üzrə marketinq idarəsinin rəhbəri Oleq Qudilin brendin dəyişilməsi tarixini danışıb:

"Öncəki loqonu 1997-ci ildə yaratmışdıq. O zaman biz yunan əlifbasından və kiçik detallardan istifadə etmişdik. Bir çoxları onu oxumaqda çətinlik çəkirdilər. O zamandan bəri loqo bir neçə dəfə dəyişilsə də, onun əsası toxunulmaz olaraq qalmışdı. Yeni loqomuz həndəsi, dəqiq riyazi rəqəmlər formasında qurulub, onun əsasında isə bizim dəyərlərimizdən biri olan ən yüksək səviyyəli mühəndislik məktəbi əks olunub. Daha bir gözəçarpan yenilik isə "Lab” sözünün olmamasıdır. Həqiqətən də, daha asan, daha qısa və daha aydın oldu.

Daha dərindən təhlil etsək, məqsədimiz - yaşından, biliklərindən və həyat tərzindən asılı olmayaraq, hər kəs üçün texnologiyaları əlçatan və asan etməkdir. Beləliklə, biz yalnız vizual stili dəyişmirik, bu addımla bütün şirkət, məhsullarımız, xidmətlərimiz və dünyagörüşümüz dəyişir".




İmza:

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək olub

“Azercell”in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atdı

"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqladı

Bakcell yeni “099” prefiksini istifadəyə verib

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda

“Bakcell” və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

"Azercell" bu sertifikatı alan ilk mobil operator oldu

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Bakcell" abunəçilərlə bağladığı müqavilələriə dəyişdirəcək

SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK