warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Qarabağ”ın halal çempionluğu Adalet.az | “Qarabağ”ın halal çempionluğu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Qarabağ”ın halal çempionluğu

4317    |   2019-05-14 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxud "Neftçi”nin bilet cığallığına "Qarabağ” növbəti çempionluğu ilə cavab verdi


Dünya bu gün özünün elə bir inkişaf mərhələsinə çatıb ki, istənilən dövlətin uğurunu onun kompleks nailiyyətləri müəyyənləşdirir. Yəni təkcə iqtisadi, diplomatik, siyasi uğurlar hansısa dövləti tam güclü hala gətirmir. Bunları digər sahələr, məsələn, cəmiyyətin rifah halı, mədəniyyət, idman və başqa istiqamətlərdəki zəfərlər də tamamlamalıdır. Həmin sahələr üzrə qazanılan nailiyyətlər dövlətin gücünə güc qatır, onu daha böyük uğurların müəllifinə çevirir. Bu mənada hər bir istiqamət üzrə qazanılan qələbə dövlət, cəmiyyət üçün çox əhəmiyyətlidir. Necə ki "Qarabağ” futbol klubunun uğurları yalnız futbol bayramına çevrilmir, millətimizin qürur, iftixar ünvanı kimi qəbul edilir.


Ardıcıl 6-cı çempionluq


"Qarabağ” klubu, onun baş məşqçisi Qurban Qurbanov, sözün əsl mənasında, Azərbaycan idmanında, onun dünyada öz sözünü deməsində fövqəladə işlərə imza atmaqdadır. Cəmiyyət də bu uğurları birmənalı təqdir edir. Bu gün "Qarabağ” Azərbaycanın ən populyar futbol klubudur. Elə Azərbaycanın sərhədlərindən kənarda da ən çox tanınan futbol komandası məhz "Qarabağ”dır! Bu nailiyyətə isə gərgin zəhmət, əzmlə çalışmaq nəticəsində nail olunur.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019-cu il mövsümünün yekunlarına əsasən, "Qarabağ” komandası ardıcıl 6-cı, sayca isə 7-ci dəfə ölkə çempionluğunu qazandı! Şübhəsiz ki, burada baş məşqçi Qurban Qurbanovun da əməyi yüksəkdir!

Xatırlatmaq yerinə düşərdi ki, Qurban Qurbanov "Qarabağ”a baş məşqçi təyin edildikdən sonra komanda bir neçə mövsüm çempionluq üzü görmədi. Lakin klub rəhbərliyi Qurbana inandı, onunla işbirliyini davam etdirdi. Nəticə isə göz qabağındadır: ardıcıl çempionluqlar və avrokuboklardakı uğurlar bir-birini əvəzləməyə başladı. Yeddi dəfə ölkə çempionluğu, dörd dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə...


Vədlərini əməldə reallaşdıran Qurbanov


Ən önəmli məqamlardan biri isə budur ki, məhz Qurban Qurbanovun sayəsində "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. İşğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi! Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, mübarizliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi!

Səkkiz komanda ilə sanki ölkə yox, paytaxt birinciliyini xatırladan, regionlarda futbolun üzərindən qalın çalın-çarpaz xətt çəkildiyi, azarkeşlərin futboldan küsdüyü bir dövrdə Qurban Qurbanovun "Qarabağ”ı bu haqlı narazılıqları az da olsa aradan qaldırmağa çalışdı.

Vədlərini əməldə reallaşdıran Qurban Qurbanov hələ heç vaxt etdiklərinin minnətini üzə vurmayıb! İstər səlahiyyətlilər olsun, istər sıravi azarkeşlər, istərsə də digər klublar, hamısını özününkü sayıb, doğma yanaşıb, hörmət və ehtiram göstərib. Milli komandadan gedişindən sonra isə yenə əvvəlki ampluasında olduğunu göstərdi. Onun millidəki fəaliyyəti barədə bədxah mövqedə olanlara növbəti dəfə kimin güclü, kimin zəif olduğunu nümayiş etdirdi.

İdman etikasına sığışmayan hərəkət


Mövsümün son turunda isə "Qarabağ” səfərdə "Neftçi” ilə qarşılaşıb. Görüş ağdamlıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Amma burada matçın nəticəsindən çox oyundan əvvəl yaşanan xoşagəlməz və anlaşılmaz bir məsələ daha çox diqqəti cəlb etdi. Belə görünür ki, həm "Qarabağ”ın, həm də konkret Qurban Qurbanovun uğurlarını hələ də həzm edə bilməyənlər, bunun ölkə üçün nə dərəcədə əhəmiyyətli olduğunu qavramayanlar, yaxud qəbul etmək iqtidarında olmayanlar da var. Hər halda "Neftçi” futbol klubunun "bilet diplomatiyasına” başqa ad vermək mümkün deyil. Bu klubun idmana, "Qarabağ”la bağlı oyuna yanaşması idman etikasına, əxlaqına da sığmır. Bunun əsl adı cığallıqdır!

"Neftçi”nin Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Qarabağ”la oyunun biletlərini yüksək qiymətə - 50 manata satışa çıxarmasının və bunu matçın başlamasına bir neçə saat qalmış açıqlaması azarkeşlər arasında təəccüb doğurdu. Təbiidir ki, belə bir addım həm Ağdam klubunun, həm də komandanın azarkeşlərinin kütləvi narazılığına səbəb oldu. Bu, belə demək mümkünsə, arxadan vurulan zərbədən heç nə ilə fərqlənmədi! Özü də "Neftçi” rəhbərliyinə yaxşı bəlli idi ki, "Qarabağ” azarkeşlərinin böyük əksəriyyəti yurd-yuvasından didərgin düşən məcburi köçkünlərdir! Onlar üçün isə bir oyuna 50 manata bilet almaq maddi baxımdan asan məsələ deyil!


"Neftçi” nə yaxşı oynamağı bacarır, nə də mərdanə uduzmağı


"Qarabağ”ı oyunda belə xoşagəlməz gedişlə azarkeşlərdən məhrum etmək istəyən "Neftçi” əslində özünü azarkeşlərinin də gözündən saldı! Təəssüf ki, artıq "Neftçi” nə yaxşı oynamağı bacarır, nə də mərdanə uduzmağı! Ən azından o baxımdan ki, paytaxt klubunun təmsilçiləri oyundan sonra "Qarabağ”lıların əlini sıxmalıydı! Amma əsl idmana layiq addımlar atmaqda aciz olduğunu bu ənənəvi məqamda da göstərdi!

Məsələnin mənəvi yükü də böyükdür! Çünki idmanda elə anlar var ki, dəyəri maddiyyatla ölçülmür. Bunların sırasında yer alan vətənpərvərliyi, nizam-intizamı, məsuliyyət və mərifət hissini heç bir halda unutmalı deyilik!

Azərbaycan futbolunda keçmiş ənənəyə uyğun olaraq "Neftçi”yə "flaqman” deyilir. Amma ötən həftədəki oyunun özü, nəticəsi, ümumiyyətlə son illərdə avrokuboklarda inamlı çıxış göstərir ki, əsl flaqman elə "Qarabağ”dır! Özü də təkcə idmanda yox, həm də mərdanə mübarizə aparmaq məsələsində...

Bütün bunlara baxmayaraq "Qarabağ” klubunun rəhbərliyi əsl centlmenlərə xas addım atdı! "Neftçi”nin qərəzini elə onların öz üzlərinə sərt şillə kimi vurdu: azarkeşlərin mövsümün son oyununu və mükafatlandırma mərasimini stadiondan izləyə bilməsi üçün Ağdam klubu 700 bilet alıb onlara payladı.


Yerli futbolçular komandadan incik salınır


"Neftçi”nin idmana yaraşmayan bu addımı əslində komandada mənəvi böhran keçirildiyini də göstərir. Düzgün aparılmayan transfer siyasətinin, intizamsızlığın, oyunçular arasında intriqaların ucbatından "Neftçi” yarışda yenə də geridə qaldı. Mövsümün ikinci hissəsində onun çempionluğa hazır olmadığı açıq-aşkar görsənirdi. Klub rəhbərliyinin uğursuz legioner seçimləri sayəsində yerli futbolçuların oynamaq şansı azalıb, müxtəlif bəhanələr gətirilməklə onları klubdan küsdürməyə çalışırlar. Hətta italiyalı məşqçinin də öz dəyişikliklərində və oyunçulara verdiyi tapşırıqlarda futbolçuları həvəsə gətirə bilmədiyi açıq-aşkar görünürdü.

"Neftçi”nin çempion olmaması onu da göstərdi ki, bəzən kənardan gətirilən "adlı-sanlı” futbolçuların da köməyi dəymir! Həm də belə futbolçularda vətənpərvərlik hissi çatmır!

İndi görək Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu məsələyə necə yanaşacaq. Qarşılaşmalarda azarkeşlər, futbolçular nəsə hörmətsiz hərəkət edəndə cəzalandırılırlar. Görək, AFFA rəhbərliyi bu məsələyə prinsipial yanaşıb hansısa bir tədbir görəcəkmi?

Elçin CƏFƏROV,

"Azərbaycan”




İmza:

«QƏBƏLƏ»YƏ QƏLƏBƏ YARAŞIR! TƏBRİKLƏR!

DÜNYANIN ƏN UNİVERSAL FUTBOLÇUSU

Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu

Belarus gimnastı: Bakıda Avropa çempionatından təəssüratlarım çox gözəldir

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

AvroLiqanın final gecəsində Bakı metrosu saat 04:00-a qədər işləyəcək

Polis baş leytenantı Ədilə Qurbanova qızıl medal aldı - FOTO

Henrix Mxitaryan Bakıya gəlməyəcək

“Arsenal”dan AvroLiqanın finalı ilə bağlı yeni bəyanat

Bakı klubu 13 futbolçunu yola saldı - Siyahıda Kamran Ağayev də var

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq?

Ramazan ayının 11-ci gününün DUASI - İmsak və iftar vaxtı

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK