ANA SƏHİFƏ / GÜNDƏM

“HAVA YOLLARININ” HAVAYI TORPAQ ZƏBTİ

Dəstəyi yerli qurumlar verib

11645    |   2019-05-22 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə "Ədalət” qəzetinin redaksiyasına müraciət edən Vəliyev Musa Əlican oğlu və Həsənov Habil Məhəmməd oğlu bildiriblər ki, Yevlax rayon Aqrar İstahat Komissiyasının 31 yanvar 1998- ci il tarixli, 27 saylı qərarı ilə 12,43 ha torpaq sahəsi JN-104, kod 90104048 22 iyun 2000-ci il tarixli 104 saylı qeydlə torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə pay torpağı Cırdaxan kənd sakinləri Vəliyev Musa Əlican oğlu, Vəliyev Möhübbət Əlican oğlu, Əliyeva Mahirə Misir qızı, Vəliyeva Nubar Musa qızı, Vəliyev Təbriz Musa oğlunun mülkiyyətinə verilmişdi.

Eyni ilə 31 yanvar 1998-ci il tarixli, 27 saylı qərar ilə 1.64 ha torpaq sahəsi JN-107, kod 90104048, 22 iyun tarixli, 107 saylı qeydlə torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə pay torpaq sahəsi Cırdaxan kənd sakini Həsənov Habil Məhəmməd oğlunun mülkiyyətinə verilib.

Həmin torpaq sahələri mülkiyyət sahibləri tərəfindən 2012-ci ilin aprel ayına kimi istifadə olunmuşdu. 2012-ci ilin aprel ayında Vəliyev Musa və digərlərinin mülkiyyətində olan torpaq sahəsinin 9.10 ha-rı , Həsənov Habilə məxsus torpaq sahəsinin isə hamısı,1.64 ha-rı mülkiyyətçilərlə razılaşdırılmadan "Azərbaycan Hava Yolları” QSC tərəfindən hasarlanaraq zəbt olunmusdu. Torpaq sahiblərinin Yevlax rayon İcra Hakimiyyətinə və digər instansiyalara bununla bağlı şikayətlərinə Yevlax hava yollarının infrastrukturunun yenidən qurulmasının "dövlət əhəmiyyətli” olduğunu bildirərək məhəl qoyulmayıb.
Ölkəmizdə Möhtərəm Prezidentimizin təşəbbüsü ilə bütün sahələrdə müasir tələblərə cavab verən quruculuq işlərinin aparılması təqdirə layiqdi. O cümlədən "Azərbaycan Hava Yolları” QSC-nin Yevlax hava yollarının da beynəlxalq tələblərə cavab verən uçuş-eniş zolağının genişləndirilərək yenidən qurulmasını yalnız alqışlamaq olar. Lakin bu layihə qanunvericiliyə uyğun olaraq, mülkiyyət sahiblərinə zərər vurulmadan həyata keçirilməlidi. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində deyilir ki, Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa səxsə birbaşa ziyan və ya zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldi. Yəni Hava Yolları QSC-nin əməli indiki halda qanuna zidd əməl kimi qiymətləndirilməlidi. Maraqlıdır ki, QSC bu torpaq sahələrini 2012-ci ilin aprel ayından hasarlayıb quruculuq işlərinə başlayandan bir il sonra, yəni 8 iyul 2013-cü il tarixdə Yevlax rayon İcra Hakimiyyətinə yenidənqurma işləri ilə bağlı torpaq sahəsinin ayrılması barədə müraciət etmiş, İcra Hakimiyyəti də həmin torpaq sahəsini yüklü olmaması kimi göstərərək vətəndaşların faktiki mülkiyyətində olan torpaq sahələrinin QSC-yə verilməsi barədə sərəncam verib. 

Uzun illər hüquqlarının bərpa olunmasına çalışan torpaq sahibləri nəhayət, məhkəməyə müraciət etmək qərarına gəlirlər. Vəliyev Musa və digərləri 09.03.2018-ci il tarixdə, Həsənov Habil isə 27.06.2018-ci tarixdə Yevlax rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edirlər. 

Yevlax rayon məhkəməsi cavabdeh "Azərbaycan Hava Yolları” QSC tərəfindən torpaq sahəsinin zəbt olunması ilə bağlı ekspertiza təyin edir və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Ünvan Reyestri Xidmətinin təqdim etdiyi 28.08.2018-ci il tarixli rəylə müəyyən edir ki, həqiqətən də iddiaçılara verilmiş 12.43 ha torpaq sahəsinin cənub-qərb tərəfindən 9.10 ha hissəsi QSC nin Yevlax hava limanının uçuş-eniş zolağı altına düşüb.

Növbəti ekspertiza zəbt olunmuş 9.10 ha torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı təyin edilir. "TES” Groop” MMC-nin 22.02.2019-cu il tarixli, 0005/19 saylı rəyi ilə müəyyən edilir ki, zəbt olunmuş 9.10 ha torpaq sahəsinin həmin tarixə olan bazar qiyməti 1 hektarı 2500 manat olmaqla 22750 manat təşkil edir.

Məhkəmə iclasında cavabdeh "Azərbaycan Hava Yolları” QSC etiraf edir ki, torpaq sahəsinin onlara verilməsi ilə bağlı danışıqlar aparmayıb, 08.07.2013-cü ildə bu torpağın Yevlax rayon İcra Hakimiyyəti tərəfindən yüklü olmayan torpaq kimi onlara verildiyini, torpağın kiminsə mülkiyyətində olduğu barədə məlumatları olmadıqlarını bidirib. Amma nədənsə həmin torpağın 2012-ci ilin aprel ayından, mülkiyyətçilərlə razılaşdırmadan hasara aldıqlarını, mülkiyyət sahiblərinin etrazlarını hədələrlə qarşıladıqlarını unudub və bu barədə susub. Digər cavabdeh Yevlax rayon İcra Hakimiyyəti də nəyə görəsə faktiki olaraq vətəndaşların mülkiyyətində olan torpaq sahəsini yüklü olmayan ərazi kimi hava yolları QSC-yə verilməsinə aydınlıq gətirmir. Yalnız məhkəmənin gedişi zamanı, yəni altı ildən sonra zərərçəkmişlərə yeni torpaq sahəsinin veriləcəyi barədə razılığa gəldiklərini bildirib. Hesab edib ki, onlara qarşı iddia rədd edilməlidi. 

Yevlax rayon məhkəməsi Vəliyev Musa və qeyrilərinin cavabdehlər "Azərbaycan Hava Yolları” QSC və qeyrilərinə (yəqin Yevlax rayon İcra Hakimiyyəti nəzərdə tutulur) qarşı "zəbt olunmuş torpaq sahəsindən cıxarılma və sair” tələbinə dair iddialarını iddiaçılara ayrılmış torpaq sahəsinin dövlət əhəmiyyətli Yevlax hava limanının uçuş-eniş zolağı altına düşmüş hissəsinin əvvəlki vəziyyətinə qaytarılmasının aşkar böyük xərcə səbəb olacağını əsas gətirərək təmin etmir və bunu qanunvericilikdə nəzərdə tutulan qaydalarla izah edir. Razılaşmaq olar, lakin məhkəmə QSC-nin qanunvericiliyə uyğun olmayaraq heç bir hüquqi sənəd almadan, torpaq mülkiyyətçiləri ilə razılaşdırılmadan 2012-ci ilin aprel ayından mülkiyyətçinin torpaq sahəsini hasara almasına , yalnız bir ildən sonra torpaq sahəsinin ayrılması üçün Yevlax rayon İcra hakimiyyətinə müraciət etməsinə, İcra Hakimiyyətinin faktiki olaraq vətəndaşların mülkiyyətində olan torpaq sahəsinə dair ( ekspertiza rəyləri əksini təsdiq edir) yüklü olmayan ərazi kimi göstərərək sərəncam verməsinə münasibət bildirmir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində deyilir ki, "Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,.... əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidi.” Amma məhkəmənin hakimi Günay Cavadova nədənsə bu halları nəzərə almayaraq, nə "Azərbaycan Hava Yolları” QSC, nə də faktiki olaraq yük altında olan torpaq sahəsini yük altında olmayan torpaq sahəsi kimi göstərərək sərəncam verən Yevlax rayon İcra Hakimiyyətinin müvafiq qaydada qanunvericiliyə əməl etməmələrinə göz yumub. Hesab edib ki, 2012-ci ilin aprel ayından mülkiyyətində olan torpaq sahəsinin əvəzi ödənilmədən əlindən alınması, yalnız məhkəmə araşdırması zamanı səhvini başa düşərək Vəliyev və qeyrilərinə yeni torpaq sahəsinin verilməsi ilə bağlı razılaşmanın əldə olunmasını tutarlı arqument sayıb. İddia ərizəsində mülkiyyətçilərə dəyən ziyanın ödənilməsi ilə bağlı tələbini də "ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olmasını” izah etməklə kifayətlənib. 

Yəni mülkiyyətində olan torpaq sahəsinin əvəzi ödənilmədən əlindən alınması, bu illər ərzində haqqını tələb edə bilməyən zəhmətkeş vətəndaş, əkib-becərməklə məşğul olub ailəsini dolandırmaq əvəzinə, yenə də məhkəmələrdə sürünmək məcburiyyətində qalmalıdı.

Digər mülkiyyətçi 1.64 ha torpaq sahəsi əlindən alınmış Həsənov Habil Məhəmməd oğlunun 27.06. 2018-ci ildə Yevlax rayon məhkəməsinə verdiyi iddia ərizəsinə isə hələ baxılmayıb. Yəqin onu da qarşıda uzun müddətli məhkəmələr prosedurları gözləyəcək...

Biz "Ədalət” olaraq məsələni ictimailəşdirdik. İndi söz əlaqədar qurumlarındı.

"Ədalət” 




İmza:

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Müdafiə naziri təlimlərdə məruzələri dinləyib və qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

SƏN NİYƏ UTANIRSAN, QIZIM?

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb

Harada qaldı əsl kişilik... - Rüstəm Əbülfətoğlu yazır

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

İcma sədri: Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Azərbaycanda dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək

Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub

Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib

Axxx, sizi ermənipərəstlər...

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK