warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Azərbaycanda 52 min 807 orta tibb işçisi var Adalet.az | Azərbaycanda 52 min 807 orta tibb işçisi var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda 52 min 807 orta tibb işçisi var

1203    |   2019-05-13 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Əhalinin hər on min nəfərinə düşən orta tibb işçilərinin sayı 54, tibb bacılarının sayı isə 38.2-yə bərabərdir.

Səhiyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

Qeyd edək ki, hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

İlk azərbaycanlı şəfqət bacısı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. General Əliağa Şıxlinskinin həyat yoldaşı olan Nigar xanım Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşır ki, oranı "Şıxlinski xəstəxanası” kimi tanıyırlar. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edir. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olur.




İmza:

Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb

"Bakının gözəlliyindən böyük zövq aldım" - MÜSAHİBƏ

Azərbaycanda 52 min 807 orta tibb işçisi var

Bakıda 26 tələbə üzərində cərrahi əməliyyat aparılıb

Siz şəkildə səhiyyə naziri Oqtay Şirəliyevi görürsüz

Azərbaycan səhiyyəsində İLK: xəstələrə xüsusi qolbaq paylanıldı

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Hamilələr və süd verən analar oruc tuta bilərmi? - ŞƏRTLƏR

Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib

Şəki- Zaqatala bölgəsində profilaktik müayinələr aparaılır

Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK