Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dəniz, Mikayıl Müşfiq və nida işarəsi... - Ulucay Akif yazır Adalet.az | Dəniz, Mikayıl Müşfiq və nida işarəsi... - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dəniz, Mikayıl Müşfiq və nida işarəsi... - Ulucay Akif yazır

2652    |   2019-05-07 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhərlərin, dağların, meşələrin, dənizlərin, adaların, çayların, göllərin həmin ərazidə yaşayan insanların xarakterinə təsiri çox böyükdür. Bəlkə də yanılırıq, əksinə, o ərazidə yaşayan insanların xarakteri həmin coğrafi obyektlərə təsir edir.


İkinci fikir daha çox utopiyaya bənzəsə də, burda da bir həqiqət tapmaq olar. Zaman-zaman o ərazilərdə yaşayan fərdlərin məişəti, əmək qabiliyyəti, ya da mədəni təxəyyülü, düşüncə tərzi, hətta inancı məlum məkanları dəyişə bilir. Əslində, məkan anlayışı o yerlərin sahiblərinin ədəbi düşüncəsi ilə birbaşa əlaqədədir. Bütün fizioloji və xarakterik dəyişikliklər, xüsusən də, poetik düşüncədə öz əksini tapır. Keçək yazının məğzinə.

Xəzər dənizinə aid yazılan şeirlərdə qeyri-səmimilik hiss etdim və bunun səbəbi mənə maraqlı gəldi. Axı niyə Kür, ya da Araz çayı haqqında yazılan şeirlər Xəzər dənizi haqqında yazılan şeirlərdən daha güclü və daha səmimidir?

Məsələn, Xəzər dənizinə aid yazılan şeirlərdə "mavi Xəzər" ifadəsinə çox tez-tez rast gəlmək olar. Mavi Xəzər... Axı bu dənizin mavi olduğunu görən olubmu heç? Xəzər dənizinə mavi deyilməsini bir şərtlə qəbul edərəm ki, onun mavi olduğunu heç olmasa hiss edəsən.

Hərdən mənə elə gəlir ki, bu ölkədə heç kim Xəzər dənizinin mavi olduğunu görməyib, nəinki görməyib, heç hiss etməyib, nəinki hiss etməyib, heç düşünməyib də. Bu dəniz qaradır, bu dəniz bozdur, bu dəniz ən yaxşı halda tünd yaşıldır, amma heç vaxt mavi deyil. Bu dəniz vahiməlidir, qorxuludur, kədərlidir, amma heç vaxt ümidverici deyil.

İndiyə kimi üç dənizin sahilində olmuşam: Xəzər dənizi, Ağ Dəniz və Qara Dəniz. Nə qəribədir ki, adlarından hiss olunmasa da, Ağ Dəniz və Qara Dəniz Xəzərdən daha mavidir.

Antalyada Ağ Dəniz sahillərində olanda dənizin nə qədər canlı, nə qədər ümidli və xoşbəxt olduğunu ilk dəfə hiss etmişdim. Ləpirlərin səsi körpə qığıltısına bənzəyirdi. Günəş şüaları bu körpənin süd dişlərini bizə gah göstərir, gah da gizlədirdi. Dənizə girəndə isə elə bil üzmürdüm, həmin körpə ilə oynayırdım.

Xəzər də uşağa bənzəyir, amma aldadıldığının fərqinə varan uşağa. Biz Xəzəri aldatdıq, ona dəniz olduğunu dedik, onu inandırmağa çalışdıq ki, dənizdir, amma özümüzü buna inandıra bilmədik. Xəzər göl olduğunu anlayandan belədir bəlkə. Bəlkə də o vaxtdan küsüb bizdən. Aldadıldığını öyrənən uşaqla da barışmaq asan olmur.

Bilirsiniz, bəlkə Xəzər dənizi də mavi rəngə bürünür, amma heç kim onun maviliyini hiss edə bilmir. Xəzər dənizi bizim üçün həmişə dərdimizi danışdığımız su olub. Elə bəlkə əsrlərdir bu sulara dərdimizi danışmışıq deyə maviliyini itirib. Xəzər dənizi indi qaradır, bozdur, ən yaxşı halda tünd yaşıldır. Bu dəniz "ən böyük göl" adını "ən kiçik dəniz" olmağa dəyişdi deyə uduzdu.

İndi, o, bizə əsəbidir, küsüb. İndi, o, ən yaxşı halda Qız Qalası əfsanəsindəki şah qızının xilas yeridir.

Qız Qalası əfsanəsini yada salmış ikən... Digər bir əfsanəyə görə bu dənizin sahilində yaşayan kaspi və maq tayfalarının kahinləri şairləri lənətləyirmiş və şairləri kahinlərin əmri ilə dənizə atırlarmış. Dənizə atılan şairlər sudan çıxdıqda şairlik vergilərini itirib adi insana çevrilirdi.

Həmin şairlərin bu cəzadan sonra həyatlarını necə davam etdirdiyi ilə bağlı heç bir şey deyilmir. Bəlkə də bu əfsanəni həmin cəzalanan şairlərdən biri uydurub deyə davamı yoxdur, ya da əfsanə elə burada bitib...

Otağımın pəncərəsindən açılan mənzərə mənə Xəzər dənizini göstərir. Düz qarşımda Nargin adası dayanıb. Nargin adası da çox qəribədir. Baxırsan, baxırsan, yaxında, ya uzaqda olduğunu anlaya bilmirsən. Bu ada Xəzərin ögey övladına bənzəyir. Dənizdən küsdüyü və də məğrurluğu açıq-aşkar hiss olunur. Nargin bir az da dənizin üzərindəki nida işarəsinə bənzəyir.

Hə, hə. Yəqin elə bu ada Mikayıl Müşfiqin "Oxu tar!" şeirindəki nida işarəsidir, bu dənizin sularından silinməyən nida işarəsi. Mikayıl Müşfiq isə həmin əfsanədəki cəzalanan şairlərin növbətisi...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK