warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | AQİL ABBAS:ELNUR ZEYNALOVUN QARABAĞ HARAYI Adalet.az | AQİL ABBAS:ELNUR ZEYNALOVUN QARABAĞ HARAYI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS:ELNUR ZEYNALOVUN QARABAĞ HARAYI

4291    |   2019-04-12 09:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, istedadlı xanəndə Elnur Zeynalov Xan əminin məşhur «Qarabağ şikəstəsi»nin mətninə bir balaca əl gəzdirərək oxuyub. Təbii ki, bu da birmənalı qarşılanmayıb. Görkəmli mədəniyyət xadimləri, sənət adamlarının bəzilərinin xoşuna gəlsə də, bəziləri buna etiraz ediblər. Anlaşılandı, hər kəsin fikrinə hörmətlə yanaşıram.

Muğam ustadı Mənsum İbrahimov bu barədə deyir: «Bir Qarabağ xanəndəsi kimi onun ağrısını başa düşürəm. «Qarabağ şikəstəsi»nə əlavələr edib, bu həqiqətdi. Dediyi sözlər Qarabağ məsələsini, ağrımızı, həqiqətimizi göstərir. Torpağımızın işğal olunmasını işıqlandırır. Bunun ikinci bir tərəfi var, biz işğalla barışmırıq. Mən hesab edirəm ki, bunu təbliğ edib yaymaq olmaz».


Əslində Elnur da Mənsum müəllimin dediyi kimi, ağrımızı, həqiqətimizi, torpaqlarımızın işğal olunduğunu bir daha dünyaya bəyan etmək istəyir. O da işğalla barışmır. Və öz qaymaq səsi ilə xalqı, milləti Qarabağ üstə kökləməyə çalışır.

Axşamüstü Qarabağdan havalanmır Xan əminin səsi… Elnuru və elə hamımızı ağrıdan budu. Elnurun ayaq açdığı torpaqda daş-daş üstə qalmayıb. Day xanəndə Hafiz Sədrzadənin azanı eşidilmir. Hafizin Ağdam məscidinin minarəsindən oxuduğu sonuncu azanda Qarabağın bütün faciəsi var. Çox yazmaq olar, yəni Elnur oxuduğu «Qarabağ şikəstəsi»ndə bir daha özünün və hamımızın yaşadığı bu ağrı-acını millətə və dünyaya çatdırmaq istəyib.

Uzun illərdi bir çox müğənnilər və musiqiçilər xalq mahnılarımızı, nəinki xalq mahnılarımızı, hətta bəstəkar mahnılarımızı özləri bildikləri kimi aranjeman edirlər. Çox təəssüf ki, buna Bəstəkarlar İttifaqı da, bizim böyük sənətkarlar da elə bir ciddi reaksiya vermirlər. İndi Elnur da «Qarabağ şikəstəsi»nin sözlərini aranjeman edib də. Bəyənə də bilərik, bəyənməyə də. Şəxsən mən bəyənirəm, Elnura uğurlar arzulayıram. Tanrı onun qaymaq səsinə dəyməsin.

P.S. Həm saytımızda, həm də qəzetimizdə həmin mətni dərc edirik və oxuculardan öz fikirlərini bildirməyi arzulayırıq.

Eləcə də Hafiz Sədrzadənin Qarabağ azanını təkrar saytımıza girib dinləyə bilərsiniz.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK