hacklink Adalet.az | "Duel" - Yılmaz Özdil yazır... Adalet.az | "Duel" - Yılmaz Özdil yazır... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Duel" - Yılmaz Özdil yazır...

3899    |   2019-03-14 09:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Duel...

Mərd insanların mədəniyyətidir.

Hüququ var.

Üz-üzədir.

Bərabər şərtlidir.

Şagidlərin nəzarəti altındadır.

Gizli deyil, açıq-aşkardır.


Bu səbəbdən, sadəcə qalib gələnə deyil, qürurlu davranışına görə uduzana da hörmət edilir.

Centilmenlərin rəqabətidir.

Məsəlçün, idman əslində bir dueldir.

Atletizmdən üzməyə, velosipeddən ağırlıq qaldırmaya qədər bərabər şərtlərdə mübarizə gedir. Nəticəni bəlli edən bacarıqdır. Futbol maçına mən 11 futbolçu ilə çıxım, sən qapıçısız oyna deməzlər, sadəcə yaxşı oynayan qazanar. Boksçu ilə güləşməzlər, güləşçiyə yumruq vura bilməzsən. Bu, dueldir, duel.

Romantikdir.

Modern rus ədəbiyyatının atası sayılan əfsanəvi şair Puşkin dueldə dünyasını dəyişib. Tarixin gördüyü ən məşhur azğın Kasanova tarixin ən məşhur duelçisidir.

Ədəbi var.

Əxlaqı var.

Qurşaqdan aşağı vurmaq olmaz.

Arxadan vurmaq olmaz.

Qadınlar, uşaqlar, qocalar, fiziki məhdudiyyətlilərə əsla toxunmazlar.

Tələ.

Qorxaq insanlara məxsusdur.

Namərdlikdir.

Kişi kimi rəqibinin qarşısına çıxmayıb tülkü kimi tələ quraraq yalanla, hiyləylə gizlənərək arxadan zərbə vurmaqdır.

Qadın, uşaq gözləməz.

Əxlaq tanımaz.

Diksindiricidir.

Tarixçilərə görə duel mədəniyyətinin kökündə "haqlı olan uduzmaz, Allah haqlı olana kömək olar” inancı yatır.

Tələ mədəniyyətinin kökündə isə din-iman amili yoxdur, hər hansı bir müqəddəs dəyərə söykənməz.

Duellə tələ zənn edildiyi kimi qərblə şərq arasındakı adət-ənənə fərqi deyil, cəsarətlə əclaflığın coğrafiyası, xəritəsi, sərhəddi olmaz.



Azərbaycan türkcəsinə çevirən: Eminquey


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK