Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çəkmə bizi Mor-Mora Adalet.az | Çəkmə bizi Mor-Mora Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Çəkmə bizi Mor-Mora

Dost zarafatı

203491    |   2013-04-20 08:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Musa Ələkbərliyə

Dedin qoy məkanımız bu dəfə "Mor-Mor" olsun,

Ocağımız gur yansın, manqalımız qor olsun.

Demədin ki, "can" deyək, cavab bizə "çor" olsun,

Gərək meyl eliyəydik o gün lavaşla şora,

Uyub şair sözünə getməyəydik Mor-Mora.

O, qart ayı ətiydi, yoxsa ki, quzu əti?

Özü də çox düşmüşdü deyəsən duzu ətin,

Bir də bizə qıyma gəl, bu "dadı", bu "ləzzəti",

Qıyma əziz dostların vaxtsız köç etsin gora!..

İnsafın olsun, Musa, çəkmə bizi Mor-Mora!

Özün dedin ki , orda kiloynan ət verirlər,

Elə deyil, a qardaş, batmannan dərd verirlər.

Haqlı iradımıza cavabı sərt verirlər.

Rəzil olarıq bir də düşsə yolumuz ora,

Ağrın alım, ay Musa, çəkmə bizi Mor-Mora!

Bir yandan tövlə iyi, bir yandan hin qoxusu,

Qanın, gönün, cəmdəyin, daha nəyin qoxusu,

Çökdü damağımıza qatı peyin qoxusu,

Haram oldu daddığım, bizi gətirdin hara?

Günlərlə ac da qalsam, bir də gəlməm Mor-Mora!

Bilirəm şair dostum, Mor-Mor sənə əzizdi,

Gədəbəy kartofu da alma kimi ləzizdi,

Amma bu "zor ziyafət" üzdü məni nə üzdü!

Damı qızıldan ola, döşəməsi zər, xara,

Qurban sənə, ay Musa, çəkmə bizi Mor-Mora!

Hər yerdə, hər süfrədə nəfis, dadlı kabab var,

Büllur qədəhlər içrə al qırmızı şərab var.

Bir də bura gəlməyək, bu yerdə iztirab var,

Başqa yerdə şellənək, sonra gedək xor-xora,

Qadan alım ay Musa, gəl getməyək Mor-Mora!

17 sentyabr 2012

Bakı, "Mor-Mor" kafesi

"Zirəddin havası"

Zirəddin Qafarlıya

Qışın sərt küləyi var,

Bu nəyin qovğasıdı?

Havada mey iyi var,

Zirəddin havasıdı.

Bu havada oyanan,

Qızışmaq həvəsidi.

Getmə burdan o yana

Zirəddin havasıdı.

Bu səhər bir yüz atdım,

Bu hələ harasıdı

Demə günaha batdım

Zirəddin havasıdı.

Xaş var, xaşıl kimidir

Xaş var, xaşın xasıdı

Kim ötürür, kim udur

Zirəddin havasıdı.

Ya aş as, ya halva çal,

Bizənuş olasıdı.

Dur oynaq bir hava çal,

Zirəddin havasıdı...

Yusif Günaydın



İmza:

YAZARIN ARXİVİ

2012-11-21 : Mozaikalar
2011-12-31 : Mozaikalar
2011-12-24 : Mozaikalar
2011-11-26 : Köpük kölgəsi
2011-11-19 : Köpük kölgəsi
2011-10-08 : Çərpələng
2011-10-01 : Çərpələng
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK