Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: VƏ BİR UŞAQ... Adalet.az | Faiq QİSMƏTOĞLU: VƏ BİR UŞAQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: VƏ BİR UŞAQ...

4227    |   2019-01-13 12:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... O balaca uşaq anasının əlindən tutub metronun "Xalqlar dostluğu” stansiyasına düşürdü. Anası kartı aparata yaxınlaşdırıb uşağı ilə birlikdə içəri keçdi. Bu vaxt polis əməkdaşı da o balaca uşağa baxıb çöhrəsində təbəssüm yarandı. Və hətta polis əməkdaşı bu balaca uşaqla zarafatlaşdı da. Mən o uşağın çöhrəsini görmürdüm. Gördüyüm o idi ki, uşaq anasının əlindən tutub pilləkənlərlə stansiyaya düşmək istəyirdi...

... Arxadan onlara yaxınlaşdım və yanlarından keçəndə o balaca uşaq əllərini çantama toxundurdu. Düşündüm ki, yəqin uşağın əli təsadüfən mənim çantama dəyib. Bir qədər də addım atanda bu balaca uşağın əllərimdən yapışdığını hiss elədim. Və hiss elədim ki, o balaca uşaq öz doğması, əzizi kimi mənim əlimdən yapışıb və pilləkənlə düşərkən kömək etməyimi istəyir. Bu vaxt anası uşağa rus dilində təpindi. Ancaq uşaq əllərimdən bir az da möhkəm yapışdı...

... Uşağın balaca, toppuş əllərinin hərarətini hiss elədim. Və bu balaca, toppuş əlləri olan uşağın çöhrəsində sanki günəş doğmuşdu. Özüm də hiss etmədən uşağın əllərindən tutaraq düz sonuncu pilləkənə qədər getdik. Anası isə onun sağ əlindən yapışmışdı. Uşağa diqqət yetirəndə hiss etdim ki, fiziki qüsurlu uşaqdı. Bu sıxıntısına baxmayaraq, onun çöhrəsində və gözlərində sönməyən bir işıq vardı...

Platformaya gəlib çatanda anası mənə təşəkkür edərək rus dilində "sposibo” dedi. Uşağa bir neçə dəqiqənin içərisində elə isnişmişdim ki, sanki onu çoxdan tanıyırdım və mənim doğmam idi...

... Bir neçə kəlmə uşaqla söhbət elədim. Gördüm ki, bal kimi şirin bu uşağın çox böyük bir ürəyi var. Qatar platformaya daxil olanda uşaq gözlərini mənə zillədi və doğması kimi məni qucaqladı. Alnından öpüb tanımadığım o uşağı çox əziz bir adam kimi yola saldım. Qatarın pəncərəsindən mənə əl elədi və hətta öpüş göndərdi. Anasının da çöhrəsində bir təbəssüm vardı. Və qatar platformadan çıxıb tuneldə gözdən itdi...

Tanımadığım və ilk dəfə gördüyüm o uşaq öz mehribanlığı, şirinliyi və qeyri-adiliyi ilə mənim ürəyimin dərinliyində unudulmaz bir iz qoydu. O uşaq yeriməkdə çətinlik çəkirdi, fiziki qüsuru vardı. Və anası da hiss edirdim ki, buna görə çox narahatdı. Onun anasının və özünün ağrısını-acısını incəliyinə qədər anlayırdım. Belə bir deyim var: "Dərdini o adama de ki, sənin dərdini başa düşür”. Xalq dilində demiş olsaq, canı ağrıyan adam ağrıyanı anlayır və bilir.

Bu cür uşaqlara Allah-Təala dərd verəndə başqa bir tərəfdən bağlı qapıları onların üzünə açır. Onlar fiziki cəhətdən qüsurlu olsa da, ruhən çox sağlam, mübariz və zəhmətkeş olurlar. Mən iki gözü görməyən, iki ayağı olmayan, iki əli əlil olan adam görmüşəm ki, sağlam insanlardan daha güclüdülər və daha qüvvətlidilər. Onlardakı həyat eşqi adi insanlardakından dəfələrlə möhkəmdi. Bu insanlar dünyanı, Allahı və adamları daha çox sevirlər...

Adını unutduğum xarici bir yazıçının "Zirzəmidə” adlı hekayəsi yadıma düşür. Bu hekayənin qəhrəmanının da iki ayağı yoxdur. Onun iki ayağı olmasa da çox güclü həyat eşqi var. Sabahına ümid bəsləyir, heç kəsə əyilmir. Onu tanıyan adamlar pul verir, arxa durur. Düzdür, bəzən o parka çıxır, pul axtarır. Ancaq hər adamdan pul qəbul eləmir. Deyir ki, mən ancaq yaxşı adamlardan nəsə qəbul edirəm.

... Bir gün də tanışlarından biri yağış yağarkən onunla birlikdə zirzəmiyə gedir və gördüklərinə məəttəl qalır. Məəttəl qalır ki, o burda özünə çox gözəl, çox səliqəli və rahat şərait yaradıb. Fiziki cəhətdən qüsurlu olsa da, yeməyindən tutmuş geyiminə qədər hər şeyə diqqət yetirib. Və hətta evə qonaq gəlmiş tanımadığı adama da süfrə açıb qoyur otralığa. Yəni bu insan həyatını elə qurur ki, kasıb, imkansız olsa da öz xoşbəxtliyini tapa bilir və ona qonaq olan adam da zəngin insanların tapa bilmədiyi rahatlığılı əldə etdiyinə görə, bu insana sevgiylə yanaşır...

Belə baxanda Allah-Təala birinə dərd verəndə başqa bir yandan onun qapısını açır, sevindirir. Biz də Allahın sevindirdiyi adamları sevməyə, qorumağa bir insan olaraq borcluyuq. Bəzən görürsən ki, iki gözü görməyən adamı metroya düşərkən, yaxud da avtobusa minərkən yaxındakılar ona kömək etmək əvəzinə üzlərini başqa səmtə döndərirlər. Onsuz da bu adamlarda hissetmə qabiliyyəti, duyum sağlam adamlardakından qat-qat güclüdür. Onsuz da bu adamlar özləri də yol tapıb metroya düşür, avtobusa minirlər. Əgər biz insan olaraq bu anı görüb onlara kömək etmiriksə, adamlıqdan çıxıb şeytana çevrilirik.

Mən fiziki qüsurlu insanları Allahın sevdiyi insanlar hesab eləyirəm. Sadəcə olaraq, Ulu Yaradan onları sınağa çəkib və belə bir ömür bəxş edib. Bəlkə də onların yeri Cənnətdir. Allahın sevdiyi insanları mən, sən, o, biz və hamımız sevməliyik. Və metroda mənim əlimdən yapışan o balaca uşaq da mənim sevdiyim və unutmayacağım bir uşaqdı. Çünki uşaqlar həm də mələkdilər. O mələklərin isə heç bir günahı olmur. Mənim əlimdən tutan o uşaq da mələk kimi idi...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK