hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | “Mehman Hüseynovun mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisindən şok açıqlama Adalet.az | “Mehman Hüseynovun mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisindən şok açıqlama Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Mehman Hüseynovun mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisindən şok açıqlama

35753    |   2019-01-10 11:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Teleqraf.com-a müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

- Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Mehman Hüseynovla istintaq təcridxanasında görüşü necə baş tutdu? Bu görüşə reaksiyalarla bağlı nə deyə bilərsiniz?

- Bizi ən çox söyən Mehman Hüseynovun qardaşı Emin Hüseynov oldu. Dünən Sevinc Osmanqızının proqramında xeyli dırnaqarası ekspertləri də cəlb edib söyürdü. Halbuki Mehman Hüseynovla bağlı məlumatı verəndən sonra bu barədə xəbər az qala dünyanın hər yerinə yayıldı. O, dərhal bu barədə bildi. O, mənimlə, yaxud Səadət Bənanyarlı, Əliməmməd Nuriyev və ya Rauf Zeyni ilə əlaqə yaradıb qardaşı ilə maraqlana bilərdi. Mənim "votsap” nömrəm də onda var, oradan da yazmadı. İlk növbədə zəng edib qardaşının taleyi ilə maraqlanmalı idi. Soruşa bilərdi ki, bəlkə KİV-lərə ütülü məlumat verirsiniz, qardaşımın vəziyyəti necədir? Bu adam bunu etməyə ehtiyac bilməyib, bizi söyməyə başladı ki, gedib qardaşımın başını aldadıblar. 30-a yaxın yaşı var, , ali təhsillidir, dünyanın yarısını gəzib, onun başını aldadacaqdıq? Ancaq dünəndən maraqlanan, təşəkkür edən, feysbukda yazıb, zəng edib Mehmanın vəziyyətini soruşan xeyli adam da var. Başa düşdüm ki, onlar səmimi olaraq, Mehmanın vəziyyətinin yaxşı olmasını istəyənlərdir. İstəməyənlər də var və bu, aydındır. Amma təəccüb doğuran bircə qardaşının reaksiyasıdır.

Bundan əvvəl də belə hal olub. Kanal 13-ün icraçı direktoru Əziz Orucov tutulanda nə addım atırdıqsa, Avropada yaşayan qardaşı alqışlayırdı, təşəkkür edirdi, pozitiv reaksiya verirdi. Çünki məqsədi doğrudan da onun azad olunması idi. Amma Emin Hüseynov dəhşətli dərəcədə həyəcanlanıb və ucdantutma hamını təhqir edir ki, uşağı aldadıblar.

- Bəs Mehman Hüseynovun ziyarət olunması ilə bağlı qərar necə verildi?

- Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri kimi bütün cəzaçəkmə müəssisələrinə maneəsiz girişimiz var, istintaq təcridxanasına daxil ola bilsək də, istintaq altında olanlarla bilavasitə görüş imkanı məhkəmənin razılığı əsasında olmalıdır. Ona görə də Mehman Hüseynovu ziyarət etməyimiz bir az uzanmışdı. Biz gedəndə atası da ordaydı, Qırmızı Xaç Komitəsinin üzvləri ilə də görüşdü, onların görüşü uzun çəkdi. Biz təcridxananın başqa kameralarını gəzdik, Mehman Hüseynovun da kamerasında olduq, saxlanma şəraitinə baxdıq, özü hələ kameraya gəlməmişdi, atasının gətirdiyi sovqatlar az qala otağın yarısı qədər yeri tutmuşdu, yerə düzülmüşdü. Otağın istiliyi o qədər çox idi ki, pəncərəni açmışdılar.

4 nəfərlik yerdə 3 nəfər saxlanılır, yoldaşları ondan razı idi, o da kamera yoldaşlarından razılıq elədi. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdən çıxanda Mehman Hüseynovla rastlaşdıq, təcridxana hissəsində deyil, inzibati hissədə konfrans zalında çay süfrəsi arxasında oturduq, saat yarıma yaxın söhbət elədik. Tutulandan bəri onunla rəftar, səhhəti barədə detallı məlumat verdi. Aclığı dayandırmaqla bağlı ərizəsi ilə tanış olduq, akt tərtib olunmuşdu, orada imzasını gördük, atasının ərizəsi vardı, onunla tanış olduq, özü elan elədi ki, quru yeməklər yeməyə cəhd edib (deyəsən, dolma dedi), amma sonra mədəmsində ağırlıq hiss edib. Dedi ki, indi əsasən diyetik yeməklər – kəsmik, qatıq, yoqurt yeyir, süd içir. Söylədi ki, əsas qida rasionu bunlardan ibarətdir. Mən də təklif elədim ki, bal da qat, dedi, atam bal da gətirib, yeyərəm. Səmimi söhbətimiz oldu. Vəkili orada deyildi deyə ona konstitusion hüquqlarını izah elədim. Özü bunu istədi. Mən çox yerə gedəndə məhkumlarla foto çəkdirirəm, amma yaymıram, dedim sənin ixtiyarın var ki, şəklinin yayılmasına, haqqında hansısa informasiyanın verilməsinə qadağa qoyasan, nə desən, onu edəcəyik. Dedi ki, nə məlumat və foto varsa, yaya bilərsiniz, heç bir problem yoxdur, bir istəyim var, o da azad olunmağımla bağlıdır.

O, özünə qarşı qaldırılmış ittihamla razı deyil, özünü təqsirsiz hesab edir. Əsas istəyi o idi, biz də onu çatdırdıq. Bəs niyə bəzi tərəflər həyəcanlandı, biz onu bilmirik. Görünən odur ki, kimlərsə Mehmanın səhhətinin yaxşı yox, əksinə, pis olmasını istəyir. Onun yazıq atası gedir rəhbərliklə görüşür, soruşurlar, ağsaqqal, nə problem var, nə edək, deyir hər şey yaxşıdır, bircə balamın azad olmasını istəyirəm. Qayıdıb gələndən sonra Emin ona təzyiq göstərir, durub deyir ki, qismən yeyir, süd içir və sair. Aclıq ayrı şeydir, diyet ayrı şey. Emin dünən deyir ki, o, qismən aclıq edir. Qismən aclığın da öz xüsusiyyətləri var, o da elan olunmalı, ayrı yerə yerləşdirilməlidir. Mehman öz kamerasında oturub ərizəsini yazıb ki, aclıq etmirəm. Qardaşı da bizi söyür ki, onu tovlayıblar, yalan danışıb. Bunlar qeyri-ciddi söhbətlərdir, axı əlimizdə sübutlar var, açıb ortaya tökə bilmərik, Mehmanın maraqlarına zidd olan heç nə etmirik.

Onu ortaya qoysaq, başqa şər-böhtan fikirləşəcək. Sevinc Osmanqızını başa düşdüm, onun üçün Mehmanın vəziyyətinin ağır olması daha yaxşıdır. Ay Emin, axı o, sənin qardaşındır...

- Məqsədləri nə ola bilər?

- Əslində onlar bizi sonrakı planlarımızdan çəkindirməyə çalışırlar. Deyirdik ki, bəlkə istintaq orqanlarına müraciət hazırlayaq. Onlar təkidlə dirəşib ki, siz müraciət etməyin, hökumətdən xahiş etməyin, dialoqa getməyin. Emin Hüseynov və o maraqlı qüvvələrin məqsədi budur. Yenə deyirəm, o maraqlı qüvvələri başa düşürəm, amma Emini heç cür anlamıram. Mehman dedi ki, qardaşım Eminlə yanaşı başqa qardaşım da var, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında mayor rütbəsində 20 ildir stajı var, qardaşımın məsələyə nə dəxli var. Bu barədə bizə danışdı, heç mən bilmirdim ki, onun Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışan rütbəli qardaşı var.

- Niyə Avropada mitinqlər dağıdılanda, jurnalistlər həbs ediləndə, insan haqları pozulanda hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT nin əlaqədar qurumları səssiz qalır, ancaq Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır? Bunun səbəbini necə izah edərdiniz?

- Demirəm, Mehmanı müdafiə etməsinlər. Mehmanın özü nə edirsə, ona haqq qazandırıram. Çünki özünü müdafiə hüququ var. Avropadakı "5-ci kolon” Mehmanın ətrafında ajiotaj yaratmaq istəyir. Onların məqsədi fürsətdən istifadə edib Azərbaycan əleyhinə kampaniya təşkil etməkdir. Avropa Şurasının sessiyası ərəfəsində gündəmi zəbt etmək istəyirlər. Bizim Mehmanla görüşümüz onların planlarına böyük zərbə vurdu.

Əslində biz Mehmanın maraqları naminə getmişdik, başqa fikrimiz yox idi. İri dövlətlər Azərbaycanda yaratdıqları "5-ci kolon”u hərəkətə gətirir və məsələni gündəmdən çıxarmırlar. Amma iri dövlətlərdə baş verənləri heç kim qınamır, çünki bütün dünyaya təzyiq edən onlardır. Onlar gündəmi formalaşdırır, agent şəbəkəsini işə salır. Onlara qarşı kim bunu edəcək ki? Özünü siyasi partiya adlandıran qurumlar, yalançı jurnalistlər, bloggerlər anti-Azərbaycan şəbəkəsində birləşiblər. Mehmanın vəziyyəti pis olsa, Allah eləməsin, başına bir iş gəlsə, onlar üçün lap əla olacaq. Məni təsirləndirən əsas qardaşının hərəkəti oldu.




İmza:

"Fəxri adlarını itirməmək üçün danışmırlar" - Tarzən Yaqub İlyasovla MÜSAHİBƏ

Rəşat Kəsəmənli: Böyük səhv etmişəm - MÜSAHİBƏ

“Buna “işverənlik” kimi baxırlar, amma bu inamsızlıqla bağlıdır və o inamı bərpa etmək lazımdır”

Əhməd Mustafayev: "Fəxri adım olsun, amma heç kim hörmət etməsin, dinləməsin!" - MÜSAHİBƏ

Elçin Əlibəyli: "Yox desə qara siyahıya düşmək ehtimalı var idi!" -MÜSAHİBƏ

BU DA BİZİM GENERALIMIZ

Tədqiqatçı-alim: “Nəsimi” filmi Nəsimini anlamağa mane olur” – Müsahibə

VAQİF ƏSƏDOV: PİYADALARLA BAĞLI ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI BİZİ ÇOX NARAHAT EDİR

Rəfin Cəfərov "Bu millətə istedad lazım deyil"-MÜSAHİBƏ

Rəşad Məcid: “Anarın qədrini bilməyən cavanlar, vaxt gələcək, xəcalət çəkəcəklər”

Emin Piri: "Qonorara görə istedadsız birini tərifləyir" - Müsahibə

Cəlil Cavanşir: "Keçmişim yoxdur, gələcəyim olmayacaq" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK