deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Halaldı! İndiki dövrdə iki arvad saxlamaq... - Eminquey yazır Adalet.az | Halaldı! İndiki dövrdə iki arvad saxlamaq... - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Halaldı! İndiki dövrdə iki arvad saxlamaq... - Eminquey yazır

4911    |   2018-12-17 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qərbi Afrikada Qərbi səhrayla Seneqalın arasında balaca bir ölkə var, Mavritaniyanı deyirəm. Dünyada qadınlırın arıqlığı gözəllik kimi sayılırsa, burda hər şey tamamən başqadır. Təsəvvür edin, bu toplumda kök qadınlar gözəl hesab olunur. Arıq qadınlarsa az yemək yeyirlər deyə onlara kasıb gözüylə baxırlar. Ancaq bu vəziyyət kök qadınları azadlığa qovuşdurmur, əksinə boyunlarına özləri kimi kök, ağır bir məsuliyyət yükləyir.

Mavritaniyada evlilik yaşına çatmış qadınlar "xeyirli qismət” tapmaqları üçün kök olmaları vacib şərtdir. Yazıqlar, nə zülm çəkirlər. Deməli, kökəlmək üçün dəvə südünə, zeytun yağına batırılımış çörəyə və keçi ətinindən hazırlanan bolluca kalorisi olan yeməklərə tuturlar, çartdam-partdam olana kimi yeyirlər.

ABŞ-dan Mavritaniyaya göndərilən müxbirlər orada 2 gün qalıb bu adətlə tanış olublar və Amerikaya 5 kilo kökəlib qayıdıblarmış. Lap "bala, bunu da ye” deyən, yeməyi az qala burnumdan dürtən xalam yadıma düşdü. Mavritaniyalılar özlərini lap mənim xalam kimi aparırlar.

İndi siz təsəvvür edin ki, Mavritaniya hələ kasıb ölkədir. Amma orada köklük varlılığın, arıqlıqsa kasıblığın simvoludur. Guya bizdə elə deyilmi? Qarınlı kişi görən kimi deyirlər ki, filankəs yeyib-içən oğlandı. Kök qadınları gözəl hesab edən bu toplumun adamları qızları erkən yaşlarından zorla çox yeməyə alışdırırlar. Ki, yetkinlik yaşında kök olsunlar və ərə gedə bilsinlər.

Bu adətə məruz qalan qadınlar hallarından heç də məmnun deyil ha, biləsiniz. Ata-analarıl ayı kimi yeməkdən imtina edən qızların ayaq barmaqlarını da sındırırmış.

Gənc qızlar günlə litrlərlə dəvə südü içməklə başlayır. Günorta naharında keçi əti, çörək və yenə bir kasa dəvə südü içir. Elə olur ki, bəzilərinə iki-üç dəfə, ard-arda günorta naharı yedizidirilir.

Qadının biri belə bir cümlə deyib:

- Yemək bütün sinəmi doldurub, indi də ağ ciyərlərimə kimi yayılır elə bil”.

Deyilənə görə, yenə yaxı ki, son vaxtlar bu "qavaqe” adətinin səhv bir şey olduğunu başa düşən Mavritaniya kişiləri evlənəcəkləri qızların arıq olmasını istəyir və bu sərsəm adətə qarşı çıxırlar. Getməmişəm, görməmişəm, babalı amerikalı müxbirlərin boynuna.

İndi təsəvvür edin ki, qitəmizdən o yanda, başqa qitədə belə bir sərsəm adətlər tüğyan edir, qitəmizin bu yanında ərəblər dörd arvad alır, illərlə bu çoxarvadlılıq pislənir, yanlış olduğu deyilir, amma nə xeyri. Yenə kişilər çoxarvadlılığın tərəfini tutsa, cəhənnəm, sizə bir şey deyim, mat-məəttəl qalın. Ki, yazımın mustafası bilinsin.

İki arvadı var, biri özüylə yaşayır, biri anasıyla. Uzaqdan tanıyıram. Toya gəlmişdi. Qadınlardan birinin dediyi sözə sancılıb qalmışam.

- Halaldı. İndiki dövrdə iki arvad saxlamaq hər oğulun işi deyil.

Bir qram da ironiya yox idi o qadının sözlərində, bir qram da.




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK