hacklink Adalet.az | Milyarder ərəblər və ac Yəmən Adalet.az | Milyarder ərəblər və ac Yəmən Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Milyarder ərəblər və ac Yəmən

11637    |   2018-12-12 15:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onlar dünyanın ən çox var-dövlətə sahib olan insanlarıdırlar. Və təntənəli yaşayışları ilə həmişə diqqət mərkəzində olurlar. Ailələrində 7000 şahzadə var, onların da çoxusu yüksək vəzifələrdə işləyirlər. Bir məsəl var ha, "əlimi sallasam əllisi”, eynən əlinizi sallasanız bir Səudiyyə şahzadəsinə çatar. Onların hər biri ayrı bir sarayda, ya da heç xəyalınıza gələ bilməyəcək qədər möhtəşəm villalarda yaşayırlar. Salman bin Abdul Əzizin 38 övladı var və çoxusu da Amerikada, İngiltərədə, Fransada universitet bitiriblər.

Ölkənin kralı həm nazirlər qurumuna başçılıq edir, həm də baş nazir səlahiyyətlərini yerinə yetirir. Yəni qısası, bir əmrlə istədiyi adamın başını kəsdirə bilər. Məlum, Ərəbistan dünyanın ən çox edamlar olan bölgəsidir. Ölkədə qəribə qadağalar var. Məsələn, günaha təşviş etdiyi üçün kinoteatrlar bağlanıb. Təkcə bir kinoteatr var ki, ora da ancaq kişilər və 9 yaşından kiçik qız uşaqları gələ bilər. Məkkə və Mədinə kimi turistlərin çox gəldiyi şəhərlərdə dini qaydalar biraz yumşaldılıb. Ancaq ölkənin bir çox şəhərlərində qadınların bazarda şüyüd, kök, xiyar kimi ərzaqlara əl vurmağı kişilərdə şəhvət hissi oyada biləör deyə qadağandır. Məhkəmələrdə iki qadın şahidi lazım olur. Bir dəfə yeddi kişinin təcavüzünə məruz qalan bir qadın özünə şahid tapa bilmədiyi üçün 200 qamçı cəzası almışdı. Kişilərin qəribə salamlaşmağı var. Salamlaşarkən burunlarını bir-birinə 3 dəfə toqquşdururlar. Kral ailəsi bütün qadağalardan azaddır. Ailə üzvlərinin bir çox ölkələrdə şirkətləri, villaları var. Bir neçə il qabaq kral Salman bin Abdul Əziz Fas krallığına 1000 nəfərlə tətil üçün birgə getmiş və bir ayda 100 milyon dollar xərcləmişdi. Şahzadələrdən birinin Fransada 500 min yevrosunu oğurlayırlar. Amma polisə getməyi və ifadə verməyi vaxt itkisi kimi görüb şikayətçi olmaqdan imtina etmişdi. Ərəblər qızıl xəstələridirlər. Şahzadələrdən Əlvalid bin Talalın heç taxmadığı saat kolleksiyalarından birinin ümumi qiyməti 750 milyon dollardır. Onların maşınlarının çoxusu qızılla bəzədilib. Onların bu xəstəlikləri dünya tərəfindən normal qarşılanmasa da, özləri üçün bu normal haldır. Onlar hər şeyin ən bahalısına və böyüyünə sahib olmaq istəyirlər.

Bütün bunlarla yanaşı yoxsul ölkələrə yardım edən ölkələrin sırasında Səudiyyə Ərəbistanı son sıralardadır. Ölkənin çox hissəsini çöl təşkil edir. Bir neçə də dağ var. Bu dağların ətəkləri varlı adamların evlərilə doludur. Onlar o evləri sərinləmək üçün tikiblər. Dəvələrdən əyləncə və nəqliyyat vasitəsi kimi istifadə edirlər.

Ən çox maşın yarışları təşkil etməklə əylənirlər. Bu yarışlarda ölənlər və yaralananlar da çox olur. Onlar buna görə cəzalanmırlar. 

Qadınlar seçim və seçilmə hüququndan məhrumdurlar. 

Ölkədəki işçi qüvvəsinin yüzdə beşi qadınlardır. 

Teatr, heykəl, rəsm və İslama uyğun instrumentlərin olmadığı musiqilər qadağandır. Qadağanı pozanlar ölüm cəzası belə ala bilərlər. Amma kral ailəsi xarici ölkələrdə incəsənət sahələrində fərqlidirlər. 

Keçmiş krallardan biri Vahid caza vurğun olduğu üçün getdiyi ölklərdə caz musiqiçilərinə konsertlər təşkil edirmiş. Ərəbistan şahzadələri vaxtlarının az qismini Ərəbistanda keçirirlər. Təbii ki, şahzadələrin belə çox olduğu krallıqda taxt uğrunda daxili çəkişmələr də qaçılmazdır. Ölkədə dini basqıların olduğunu deyən və ölkədə ciddi dəyişikliklərin olmasını tələb edən şahzadə Türki bin Bəndər həmfikirləri ilə yoxa çıxdılar və heç vaxt onlardan bir xəbər belə gəlmədi.

Dünyada 32 milyard sərvətlə ən varlı adamlar siyahısına düşən şahzadə Talal "Foks, Snəpçat, Əpl” kimi şirkətlərdə paya sahibdir.

O, gənclik illərində belə bir gülməli hadisə yaşayır. Məktəbə limuzin və kartrejlə gedirmiş. Sinifyoldaşları isə tramvayla məktəbə gəldiyi üçün Talal atasına şikayətlənir. Ki, mən sinifyoldaşlarımdan utanıram, onlar dərsə tramvayla, mənsə limuzinlə geəlib-gedirəm. Atası tramvayın nə olduğunu bilmir və ona pul göndərir ki, bizi uşaqların yanında biyabır eləmə, get özünə tramvay al.

Talal dəyişiklikləri ən çox tələb edənlərdən biridir və xüsusilə qadınların iş həyatı yaşamasını dəstəkləyir. Bu səbəblə dünyaca məşhur şirkətlərində işləyənlərin çoxusu qadındır.

Ərəbistan orduya ən çox pul xərcləyən ölklər siyahısında dördüncüdür. Gəlirlərinin 45 faizi neftdən, qalanları isə Həcc, Ümrə və dini turizmdən əldə olunur. Silahların çoxusunu Amerikadan alırlar. Və ən çox hərbi müdaxilələri Yəmənədir. Yəmənə hərbi müdaxilə nəticəsində 10 minlərlə insan dünyasını dəyişib, 84 min uşaq acından ölüb, 14 milyon adamsa səfalət içindədir. Bu vəziyyət isə heç bir İslam ölkəsinin vecinə deyil.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK