Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Ərəb baharı" "Avropa baharı" ilə əvəzlənir - Eminquey yazır Adalet.az | "Ərəb baharı" "Avropa baharı" ilə əvəzlənir - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Ərəb baharı" "Avropa baharı" ilə əvəzlənir - Eminquey yazır

Ana bətnindəki körpələr təpik atırlar inqilablara, müharibələrə...

5176    |   2018-12-04 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki həftə əvvəl yanacağın qiyməti necə artdısa, Fransa alışıb yanmağa başladı. Təsəvvür edin, 2,9 yevro olan benzin birdən-birə 6,5 yevroya qalxır. Adam yanıb tökülməzmi? Yanğın elə sürətləndi ki, Parisdən Bordoya, Brestə, Tuluzaya, Lillə və Marselə qədər çatdı. Polislər bu yanğını söndürməyə çalışarkən Belçika və Hollandiya da yanmağa başladı. 23 təhlükəsizlik işçisi olmaqla 100-dən çox adam yaralandı, 400 nəfər isə polislər tərəfindən saxlanıldı. Belçikadanın paytaxtı Brüsseldə də polislər aksiyaçılar arasında qarşıdurma baş verib.



Nə Fransa prezidenti Makron etirazçılara düz-əməlli bir açıqlama vermir, nə də hökümətlə "Sarı geyimli” etirazçıların görüşləri bir nəticə verir. Yanğın Marseldə polis maşınlarından da yan keçməyib.

 

Sizə kimdən və haradan danışım? Belçikadan. Sən demə, etirazçılar sosial şəbəkələrdə bir-birilə xəbərləşib küçələrə axışıblar. Belçika polisi od-alovlu etirazçılara su şırnaqlarıyla cavab verir ki, bəlkə yanğının qarşısı alına. 

Bu dəfə də Belçikanın baş naziri Mişel öz tvitter hesabında verdiyi açıqlamada deyib ki, polisə qarşı göstərdikləri şiddəyə görə heç kim cəzasız qalmayacaq. Daxili işlər naziri Jan Jambon da bu vəziyyətin çox utancverici bir hal olduğunu deyib. Bəs, yaxşı, bütün bunların tək səbəbi Fransada yanacağın qiymətinin qalxmağı idimi? Bu "Sarı inqilab”ın üstündən əsən külək haranın küləyidir? Olmaya "Ərəb baharı” "Avropa baharı” ilə əvəzlənir? Amma öz aramızdır, etiraz dalğasını kim təşkil edibsə, yaman kreativ adamdır. Hamımız bilirik ki, bu sarı jiletlərdən süpürgəçilər də, polislər də, adi vətəndaşlar da əksərən qaranlıqda seçilmək üçün istifadə edirlər. Sarı rəng həm də qorxudan sarılıq tutmuş adamlara işarədir.


Sizə indi haradan danışım, bizim Hollandiyadan. Hollandiyada vəziyyət biraz fərqlidir. Deməli, çoxlu sarı geyimli etirazçı feysbukda vədləşiblər ki, saat 13:00-da Haaqadakı parlament binasının önündə toplansınlar. Elə də olur. Amma polislər bu aksiyanın icazəsiz olduğunu deyib 100-dən çox adamı Türkiyə səfirliyinin önünə yollayır ki, gedib orada etiraz etsinlər. Sizcə də maraqlı deyilmi?

 

15 iyul Türkiyədəki inqilab cəhdi də Qərbin oyunu deyildimi? Türklərə qarşı nifrət polislərin etirazçıları Türk səfirliyinin önünə daşımasından da hiss olunur.  


Trampla Makronun görüşündən dərhal sonra baş vermədimi bu hadisələr? Siz İngilislərə baxmayın, onlar lap başdan Amerikaya meyillidirlər. Amma Fransa yox.

 
Etirazçılar polislərə kələk gəlib dağılışsalar da, sonra yenidən parlament binasının önünə axışıblar. Bu aksiyanın başçılarından biri olan İnqeborq deyib ki, biz Fransadakı aksiyalardan ilhamlanmışıq. Biz problemlərimizi dinc yolla ifadə etmək niyyətindəyik. Əgər kimsə əksini edirsə, bizlik deyil. Hər kəs özünə cavabdehdir.


Hə, yəni kim günahkardırsa, daşı birinci o atsın. Elə yəqin o səbəbdəndir ki, qarşıdurmada etirazçılar polisə daş atmaqla təzyiq göstərirdilər.


Amma ola bilməz ki, Fransa da kimdənsə ilhamlanmasın. Yadınıza "Ərəb baharı”nı salın. Hansı ki, Avropa ilə Amerika birləşib müsəlman ölkələrinin başına bir yekə çuval tikmişdilər. Bu hadisələr zamanı miqrantlara qucaq açmaq işin kosmetik tərəfi idi. Guya ki, Avropa mərhəmət ilahəsidir. Axı miqrantların həmin Avropa ölkələrində hansı təzyiqlə rastlaşdığını ki, hamınız açıq-aydın görmüşdünüz. Fransada problem az idimi? Bu benzin qiymətinin artımı qalaq-qalaq yığılan din, irq ayrıseçkiliyi, sosial vəziyyətin aşağı olması kimi problemlərə vurulmuş od idi. Özünü xoşbəxt ölkələr siyahısında görən bu ölkələr birdən-birə alovlanmağa başladı. Olmaya ərəb baharı öz başlarında çartladı? Bəli. Amerika nahaqq yerə bu dünyanın hegemonu sayılmır ki. Başqasına torba tikəndə bilmirdin ki, bir gün gün o torba öz başına keçiriləcək?



Amerika öz tornadoları, qasırğaları ilə seçilən regiondur. Görünür, bu "Sarı inqilab” , ya da "Avropa baharı” da elə o tornadolardan biridir. Əsir, əsir, əsir və Fransada çıxmış yanğın sürətlə o biri Avropa ölkələrinə də yayılır. Burda bir məsəl yadıma düşdü:

Deyir, çobanın evi yandı, inanan olmadı. İndi çoban kimi ərəb ölkələrinə od vuran bu baharpərəstlərin dadına kim çatacaq? Amerikamı? 



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK